Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Azercell"in SMS-lərinə son!

 

Ən bahalı telefon danışığı mobil operatorlarından Azercell tərəfindən həyata keçirilir.

"Xeberinfo.com":  Açığı dünyanın heç bir yerində 1 dəqiqəsi 7 qəpiyə danışıq tarifi yoxdur. Hazırda Azercelldən digər operatorlara çıxış 1 dəqiqəsi 14 qəpiyə başa gəlir. Bunun isə bir adı var: “Mədəni soyğunçuluq”. Digər tərəfdən şəbəkədaxili 47, 49, 51, 53, 57 saniyə danışığa abunəçilərdən yuvarlaq olaraq 7 qəpik çıxılır. 22-23 saniyə şəbəkədaxili danışarkən 4 qəpik çıxılır. Bu kimi hallar yavaş-yavaş abunəçilər tərəfindən haqlı narazılığa səbəb olur, onlar digər operatorlara da üz tutur. Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir. Və bu kimi hallarda operatorlar arasında rəqabət mühitinin normal inkişafına xələl gətirilir. Nazirlik isə 1 dəqiqəsi 7 qəpiyə olan danışığın aşağı salınmasında hardasa maraqlı tərəf kimi görünmür. Düzdür, Azercell dövlət qulluqçularına 1 dəqiqəsi 3 qəpiyə olan danışığı reallaşdırıb, amma etiraf edilməlidir ki, belə dövlət qulluqçuları çox məhdud saydadır.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov ötən il mətbuata açıqlamasında etiraf etdi ki, mobil operatorların vətəndaşları aldatdığını üzə çıxarıblar. Hətta qabağa gedərək “Gördük, mobil operatorlar vətəndaşlarımızı aldadır” fikrini söyləməklə açıq mesaj verdi. Bütün bu kimi faktların ortada olub təsdiqləndiyi etiraf edilsə də, nə mobil operatorlar arasında qiymətlər aşağı salınır, nə də ki, şəffaflıq təmin olunur. Danışıq zamanı saniyələr uçur, abunəçilər aldadılır, amma nazirlik rəsmiləri abunəçilərin xeyrinə heç nə edə bilmir.

Digər bir problemli məsələ isə abunəçilərə göndərilən SMS-lərin qanunvericilik daxilində tənzimlənməməsidir. Hər gün Azercell tərəfindən 8228-dən 6 milyona yaxın abunəçisinə təhrikedici, həm də xahiş dolu nidalar basılmağa başlanır. 2729-a boş SMS göndər, Xəzər TV-ni izlə, Lexus, Prado markalı avtomobil, 1000 manat pul, LG televizoru və daha nələr sənin olsun…Və ya cəmi 1 SMS sənə Toyota Prado gətirə bilər! Və yaxud, son zamanlar yeni məzmunlu SMS-lər də göndərilir. Məzmunca bir-birini təkrarlayan SMS-lər təhrikedicidir. Cəmi 1 SMS-lə sən bu gün 1000 AZN qazana bilərsən! 2729-a SMS göndər, cavabı izlə! 5 qəpik. Elə ki, 5 qəpik dəyərində olan 1 SMS-i göndərirsən, 8228-dən gələn şirnikləndirici SMS-lərin gün ərzində oxucusu olursan. TOYOTA Corolla avtomobilini sənə arzulayırıq! Elə bil məxsusi seçilmişəm. Və yaxud, bu gün sənin 1 SMS-in TOYOTA-ya çevrilə bilər! Həyatını 1 SMS-lə dəyiş! Qazanmaq üçün şansını qaçırma! Cəmi 1 SMS sözü abunəçini şirnikləşdirən fikirdir. Yəni, abunəçi fikirləşir ki, 2-ci SMS-i göndərməyəcəm, 5 qəpiyə çox şey udub həyatımı dəyişəcəm. 5 qəpikdən başlanan torasalınma prosesi 15-20 manata qədər abunəçilərin balansından pullarını silir, ortada da heç nə olmur. Amma abunəçiyə mesaj göndərilsə ki, bu bir oyundur, bu günki uduş fondundakı məbləğ, hədiyyə, maşın və s. 10 nəfərə qismət olacaq. Bəlkə, sənin də qismətinə çıxdı. Onda abunəçi bilər ki, məsələ nə yerdədir, ona göndərilən mesajlarla ona hörmət edilmiş olur. Yoxsa, abunəçi hazırda ona göndərilən mesajlardan elə başa düşür ki, o məxsusi seçilib və Azercell ona Lexus və ya Prado uddurmaq istəyir. Çünki, hamı azərbaycan dilinin dərinliklərini bilmir ki, göndərilən mesajları anlasın və aldadılmasın. Nədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri bu kimi halları hələ də müşayiət edir? Axtarsaq, Azercellin tərəfini tutur, dolayısı yolla şirkəti müdafiə edir. Digər inkişaf etmiş ölkələrdə 10 milyon belə oyunlardan pul qazanılırsa, məbləğin ən azı 50%-i uduş fonduna qoyulmuş olur. Onda şirkətə maraq artır, vətəndaşlar belə oyunlarda maraqlı olur və davamlı mesajın göndərilməsinə bir o qədər də ehtiyac qalmır. Bizdə isə belə deyil, nazirlik Azercell şirkətinə danışıq tariflərinin aşağı salınması, abunəçilərə pulsuz dəqiqələr verilməsi kimi məsələləri davamlı şəkildə qaldırmır, ictimaiyyətə məlumat vermir. 1 dəqiqəsi 7 qəpiyə olan danışıq qiymətlərinin hansı ölkədə olduğunu, Azərbaycan Respublikasının vətəndaşlarının nədən müstəsnalıq təşkil edildiyini, şirkət nümayəndələrinə açıq bəyan etmir. Millət vəkillərinin də dilə gətirdiyi 8228-dən gələn SMS problemi hələ də qanunvericiliyə müvafiq maddələrin əlavəsi ilə tezləşdirilmir.

Yeri gəlmişkən, “Fakt” qəzetinin 16 sentyabr 2014-cü il tarixli 118 nömrəli sayında dərc edilmiş “Azercell pul qazanır, abunəçilər pis vəziyyətdə qalır” başlıqlı məqalə baxılması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilmişdir. Nazirlikdən aldığımız 9/153/577 saylı məktubda açıq deyilir ki, SMS-lərin göndərilməsi mobil operatorlar tərəfindən, eləcə də mobil operatorlarla digər hüquqi və fiziki şəxslər arasında bağlanmış müqavilələrə əsasən həyata keçirlir. RYTN tərəfindən hansısa şirkətə hüquqi və ya fiziki şəxsə SMS-lərin göndərilməsi səlahiyyətlərinin verilməsi mövcud qanunvercilikdə tutulmamışdır. Yəni, bu o deməkdir ki, hələ vətəndaşlar özlərinin başının çarəsinə baxsınlar. Amma bunun problem olduğu da qəbul edilir, inkar edilmir. Məktubda o da qeyd edilir ki, problemlə bağlı vətəndaşlardan, eləcə də Milli Məclisdə müzakirələr nəticəsində RYTN ünvanlanmış müraciətlər nəzərə alınaraq, ümumi istifadəli telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən və qəbul edilən mesajlar istisna olunmaqla) abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və s. barədə qanunvericiliyə müvafiq maddələrin daxil edilməsi üçün RYTN tərəfindən təkliflər hazırlanmışdır, hazırda razılaşma mərhələsindədir. Bizi qınamayın, necə olur ki, RYTN bir gecənin içində 2014-cü il yanvar ayının 1-dən hüquqi və fiziki şəxslərin istifadəsində olan telefonların aylıq abunə pulunu 2 dəfədən də artıq qaldıra bilir, özlərinin də qeyd etdiyi kimi SMS problemini bir ilə yaxındır həll etmir, uzadır? Nədir, bunlar həllini gözləyən problemlər deyil?!

Azercell ötən həftə məlumat yaydı ki, bezdirici SMS-lərin qarşısı alınacaq. Abunəçi 9005 nömrəsinə “stop” və ya “boş sms” göndərməklə bunun qarşısını alacaq. Buradan isə bir daha aydın olur ki, abunəçilərə göndərilən bezdirici SMS-lər tənzimlənə bilərmiş. Çünki SMS-lərin bezdirici olduğunu şirkət olaraq özləri də inkar etmirlər.

Faktinfo.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam