Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır - Başçının adamına dur deyən yoxdur

İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -
Rafiq Quliyevlə İntiqam Cümşüdov cütlüyünün Xətai rayonunda qanunsuz tikililəri...
Yenixeber.org: Paytaxın Xətai rayonun qanunsuz tikintilərin çoxluğu ilə seçilən ərazilərdəndir. Məhz Rafiq Quliyev icra başçısı təyin edildikdən sonra Xətai rayonunda qanunsuz tikintilər sürətlə artmağa başladı və bu işdə başçının "makleri" rolunda Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov çıxış edib və hələ də öz rolunu davam etdirməkdəir.
Qeyd edək ki, hər həftə Xətaidə qanunsuz tikililərlə bağlı çoxlu sayda videogörüntü yayılır və bu videogörüntülərdə Xətaidə baş alıb gedən özbaşınalığın, eyni zamanda şəhərin ümumi arxitekturasının necə çirkinləşdirildiyini görürük.
Bu barədə AzFakt-a danışan mənbə bildirib ki, bütün bu qanunsuz tikililərin arxasında duran şəxs İntiqam Cümşüdovdur. Daha doğrusu işbazlarla icra başçısı arasında vasitəçi olan şəxsdir. İş o yerə çatıb ki, İntiqam Cümşüdov təhlükəsizlik qaydalarını belə nəzərə almadan bəzi işbazlara binaların üzərində əlavə mərtəbələr tikməyə razılıq verir.
Redaksiyamıza daxil olan məlumata görə, İntiqam Cümşüdov özü də son iki ildə Xətai rayon ərazisində onlarla obyekt tikdirib və bu obyektlərin böyük hissəsi sənədsizdir. Rafiq Quliyevin ona verdiyi səlahiyyətdən istifadə edən İntiqam Cümşüdov Xətai rayonunda obyektlərinin sayını gündən-günə artırmaqdadır. Yəni bizim hər həftə Xətaidən izlədiyimiz qanunsuz tikililərlə bağlı vidogörüntülərdəki obyektlərin bəziləri elə İntiqam Cümşüdova aiddir. Həmçinin İntiqam Cümşüdovun Biləcəri qəsəbəsində də obyektlərinin olduğu bildirilir.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyən İntiqam Cümşüdov Xətai rayonunda ən imkanlı məmurlardan biri kimi tanınır. İntiqam Cümşüdov Xətai rayonu Gəncə prospektində çoxsaylı obyektlərə sahibdir. Həmin obyektlərin bu günki bazar qiymət milyonlarla ölçülür.
Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib və Rafiq Quliyevlə dostluq münasibətlərinə sahibdir. Rafiq Quliyev Xətaiyə başçı keçdikdən sonra dostunu yanına alaraq, onu Xətai üzrə baş "makler" təyin edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam