Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İntiqam Cümşüdov Xətai icra başçısının müavini təyin ediləcək? -Oliqarx məmur olimpə doğru...

bitmap-img6

Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov icra başçısı Rafiq Quluyevlə yaxın dost olduğuna görə adı çəkilən rayonda söz sahibinə çevrilib?.. 
Yenixeber.org: Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovla bağlı redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, rəis müavini icra başçısının birinci müavini təyin ediləcək. Bildirilir ki, İntiqam Cümşüdov özünə yaxın bildiyi şəxslərə  Xətai icra başçısı Rafiq Quliyevlə yaxın dost olduğunu və rayonda bütün işlərə nəzarətin ona verildiyini açıq şəkildə bəyan edir.
Məlumatda vuğulanır ki, Xətai rayon İcra Hakimiyyətində başçının birinci müavini postu boşdur və İntiqam Cümşüdov artıq özünü adı çəkilən vəzifədə görür. 
 
Qeyd edək ki, İntiqam Cümşüdov Xətai rayonunda məmur kimi axırıncı sıralamada olmasına baxmayaraq, var-dövlətinə görə ilk sıralararda yer alır. 
Bir neçə ay öncə ölkə mətbuatında Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovun Xətai rayonunda ən imkanlı vəzifəlilərdən biri olması barədə məlumat yayılmışdı. Həmin məlumatda iddia edilirdi ki, İntiqam Cümşüdov Xətai rayonunun Gəncə prospektində çoxsaylı obyektlərə sahibdir. Həmçinin İntiqam Cümşüdovun  biznes şəbəkəsinə daxil olan obyektlərini icarəyə verdiyi və onların icarə pullarını  yerli bələdiyyədə işləyən bacısı oğlunun vasitəsi ilə yığdığı qeyd edilirdi. 
Bundan başqa İntiqam Cümşüdovun Xətai rayonunda obyekt, ev və sair yerlərin inşası üçün İcra Hakimiyyətindən müvafiq “icazə”lərin alınması məsələlərinə nəzarət etdiyi bildirilir. Mənzil Kommunal Təsərrüfat Birliyi rəis müavinin Xətai rayonunda bu qədər var dövlət və söz sahibinə çevrilməsinin arxasında isə, özünün dediyi kimi rayon icra başçısı Rafiq Quliyevlə yaxın dost olmağı rol oynayıb.
Daha bir icra başçısı NARAZILIQ YARADIR - İTTİHAM » Mediatv.az informasiya  portalı
Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib.
PS. Yerləşdirdiyimiz bu fotolar İntiqam Cümşüdovun Xətai rayon Gəncə prospektində yerləşən obyektlərindən bir neçəsidir.
image-1 image-3image-4image-5 image-6 image-8 image-9

(Azfakt.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam