Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir- FOTOLAR/VİDEO

 

İnklüzivliyə dəstəyi ilə seçilən “Nar” 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününü qeyd edir. Bu günə xüsusi önəm verən “Nar” cəmiyyətdə müxtəliflik, bərabərlik və inklüzivliyə dəstək missiyasını davam etdirir. Mobil operator 2025-ci ildə 10-a yaxın inklüziv sosial layihə həyata keçirib və bu təşəbbüslər vasitəsilə 500-dən çox şəxsi əhatə edib.

Gerçəkləşdirilən layihələr çərçivəsində iştirakçılar müxtəlif təlimlərə, sosial məşğələlərə, incəsənət və intellektual yönümlü fəaliyyətlərə cəlb olunub. İl ərzində keçirilən bütün fəaliyyətlər fiziki və emosional rifahın yaxşılaşdırılmasına, yeni sosial əlaqələrin formalaşmasına və inklüziv düşüncənin gücləndirilməsinə töhfə verib.

Öz abunəçiləri üçün də inklüziv mühitin yaradılması məqsədilə “Nar” ön ofis əməkdaşlarına jest dili üzrə təlim keçərək eşitmə məhdudiyyətli şəxslərə jest dilində xidmət göstərilməsini təmin edib. Bununla yanaşı, “Nar” ölkədə ilk dəfə jest dili mobil tətbiqinin ərsəyə gəlməsinə və nitq məhdudiyyəti olan şəxslər üçün ölkədə ilk dəfə intellektual oyun formatının təşkilinə də töhfə verib. Bu təşəbbüslər həm həssas, həm də qeyri-həssas qruplar arasında daha səmimi ünsiyyətin qurulmasına və cəmiyyətdə inklüzivlik haqqında məlumatlılığın artmasına mühüm dəstək olub.

Qeyd edilən fəaliyyətlərin davamı olaraq, “Nar” 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə növbəti maarifləndirici video çarxın hazırlanmasına da dəstək verib. DanceAbility Azərbaycan ilə birgə ərsəyə gətirilən video əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirir və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa kömək edən mesajlar çatdırır. Çarx həmçinin onların cəmiyyətin aktiv həyatında iştirak imkanlarına diqqət çəkir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam