Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir? -İLGİNC
Bu ilin avqust ayının 15 də “Etalon" hospitalda məşhur psixoloq Nilufər Abdulla plastik əməliyyatdan sonra vəziyyətinin ağırlaşması və dünyasının dəyişməsi haqda sevimli oxucularımıza məlumat vermişdik. Nilufər Abdullanın estetik əməliyyatının “Etalon" hospitalda Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən icra edildiyini qeyd etmişdik.Bu hadisədən sonra Yasamal Rayon Prokurorluğunda cinayət işi qaldırılmış və Nilufər Abdullanın hansı səbəbdən ölməsi ilə əlaqədər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində araşdırma aparılmağa başlanıldı və Etalon hospitalın əməliyyat bloku bağlanıldı.Bu yaxınlarda Mediatv.az-ın redaksiyasına Seymur Məmmədovla bağlı daha bir ilgingic bir məlumat daxil oldu.Daxil olmuş məlumatda bildirilir ki,istintaqı tamamlanmamış Seymur Məmmədov qanunsuz fəaliyyətini Kəpəz Hospitalda davam etdirir.
Yenixeber.org: Bununla əlaqədar olaraq 22.10.2025-ci il tarixdə 10/311 nömrəli məktubla Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini Rafiq Xudayevin imzası ilə redaksiyamıza göndərilən cavab məktubunda bildirilir:Sizin "Kepez Hospital" özəl tibb müəssisəsində həkim Seymur İlqar oğlu Məmmədovun estetik cərrahiyyə üzrə qanunsuz praktik tibb fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə daxil olmuş müraciətinizə Nazirliyin "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsində aidiyyəti üzrə baxılmışdır.
Bildirilir ki, müraciətinizdə qeyd edilən həkim Seymur İlqar oğlu Məmmədov ilə bağlı araşdırma zamanı,sistemde "Kəpəz Hospital özəl tibb müəssisəsi ilə həkim Seymur İlqar oğlu Məmmədov arasında bağlanmış əmək müqaviləsinə dair qeydiyyatın (qüvvədə olan) olmadığı müəyyən edilmişdir.Əlavə olaraq bildirilir ki, ölkə ərazisində "plasik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən səlahiyyətli şəxslərin təsdiq edilmiş 17 aprel 2025-ci il tarixli siyahısında Seymur İlqar oğlu Məmmədovun adı qeyd edilmir.Məlumat üçün nəzərinizə çatdırılır ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (şəxsin fəaliyyətinə dair təsdiqedici tibbi qeydiyyat sənədləri də əlavə olunmaqla) daxil olduğu halda aidiyyəti özəl müəssisəyə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üzrə qərar qəbul edilir.Əhalinin sağlamlığının qorunması baxımından müraciətiniz təqdirə layiqdir.
Bundan sonra əməkdaşlarımız redaksiyamıza daxil olmuş məlumatın etibarlılığını dəqiqləşdirmək üçün Kəpəz Hospitalın 055 990 00 88 nömrəsi ilə əlaqə saxladılar.Dəstəyi qaldıran xanım əməkdaş,Seymur Məmmədovun Kəpəz Hospitalda çalışdığını və İlkin adlı həkimlə bir otaqda oturduğunu təsdiqlədi.
"Kəpəz Hospital özəl tibb müəssisəsi ilə həkim Seymur Məmmədov arasında heç bir əmək müqaviləsinin bağlanmayıbsa, deməli serytiikatı ləvğ olunmuş Seymur Məmmədov qanunazidd fəaliyyətini Kəpəz Hospitalda davam etdirir.İstintaqın qəbul etdiyi qərarı gözləmədən Sertifikatı ləvğ olunmuş Seymur Məmmədovun fəaliyyətini gizlin davam etdirməsi heç cürə qəbul edilən deyil.Kəpəz Hospital Sertifikatı ləvğ edilmiş Seymur Məmmədovu müqaviləsiz işlətməklə isə həm vergidən,həm DSMF-yə ödənişlərdən yayınmaqla yanaşı,digər insanların da Nilufər xanımın talehini yaşamasına şərait yaradır
Davamı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatv.az










AZ
RU