Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saleh Məmmədovun işçiləri dəbdəbəli toyda: Namiq Fərmanov 150 min müğənnilərə verib…+FOTOLAR

media-ee

Məlum olduğu kimi, Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Fərmanov Namiq Cavanşir oğlu ötən  günlərdə oğluna dəbdəbəli toy etməsi gündəmi zəbt edib.

Dövlət məmurları dəbdəbə yarışındadır.

Yenixeber.org: AAYDA-nin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Fərmanov Namiq Cavanşir oğlu yaxın günlərdə oğluna “Elux Event Hall” məkanında təmtəraqlı toy mərasimi keçirib. O, toyu dövlət tədbirindən seçilməyəcək qədər dəbdəbəli şəkildə qeyd edib.

Məlumata görə, ölkənin aparıcı müğənniləri, Aygün Kazımova, Röya və digər məşhur müğənnilər toyda iştirak edib. Toyda müğənnilərə 150 min manat pul xərclənib.

Gələn qonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub.

Seyidov, toya ailəsi ilə birlikdə qatılıb və 20 min ABŞ dolları dəyərində qızıl-brilliant hədiyyə təqdim edib.

Maraqlıdır ki, dövlət qulluğunda çalışan şəxslərin belə yüksək dəyərli hədiyyələr alması və verməsi, etik davranış qaydaları və vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalı kontekstində suallar doğurur. Yəni, Dövlət sektorunda çalışanların özəl tədbirlərində nümayiş etdirilən dəbdəbə, büdcə pulları ilə lüks həyat təsəvvürünü gücləndirir.

Belə hallar vətəndaşlar arasında sosial ədalət duyğusuna mənfi təsir göstərir.(tribunainfo.az)

media-17media-18media-19media-20media-21media-22


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam