Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Rzayev Elçin paytaxtda dələduzluq şəbəkəsi qurdu -vətəndaşların avtomobil və pullarını mənimsədi

Paytaxt sakini Emin redaksiyamıza müraciət edərək bildirib ki, Rzayev Elçin adlı şəxs onu və bir neçə digər vətəndaşı aldadaraq həm avtomobillərini, həm də külli miqdarda pullarını mənimsəyib.
Yenixeber.org: Eminin sözlərinə görə, Rzayev Elçin əvvəlcə onun “Hummer H2” və “S-Class” markalı avtomobillərini alıb-satmaq adı ilə götürüb, lakin ödənişi geri qaytarmayıb. Daha sonra o, Eminə “QR Rent-a-Car” layihəsi adı altında biznes qurmaq vədi verərək ondan pul alıb, lakin nə layihəni reallaşdırıb, nə də vəsaiti geri qaytarıb.
Zərərçəkmişin iddiasına əsasən, Rzayev Elçin Vasiliyə adlı vətəndaşdan da “Ford Mustang” markalı avtomobil və 10 000 ABŞ dolları alıb, lakin ödəniş etməyib. O, həmçinin Ramin adlı şəxsin tikdirdiyi obyektin də əlindən alındığını bildirib. Vasiliyəyə qarşı hədə-qorxu və böhtan hallarının da baş verdiyi qeyd olunur.
Emin və digər zərərçəkmişlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır. Onlar vətəndaşları Rzayev Elçinlə maliyyə əməliyyatlarında ehtiyatlı olmağa çağırıblar.(Azerbaycanreallığı)
Yazıda adı çəkilən şəxslərinı cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam