Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nüfuzlu şəxslərin adından sui-istifadə edən Emil Hacıyevə "dur" deyən tapılacaqmı?!-İLGİNC


Nüfuzlu şəxslərin adından sui-istifadə edən Emil Hacıyevə "dur" deyən tapılacaqmı?!


Son aylarda müxtəlif sahibkarlar arasında eyni ad daha tez-tez eşidilir — Emil Hacıyev. Özünü “peşəkar İT mütəxəssis” kimi təqdim edən bu şəxs uzun müddətdir ki, vətəndaşlardan və şirkətlərdən şişirdilmiş qiymətlərlə sifarişlər qəbul edir, lakin ya işi ümumiyyətlə görmür, ya da tam yararsız formada təhvil verir. Onun məsuliyyətsiz və vicdansız davranışları nəticəsində çoxsaylı sahibkarlar zərərə uğrayıb, işlərini itiriblər.


Yenixeber.org: Zərərçəkənlərdən biri də Həsənli Fərid Xudaverdi oğludur. O, bir il əvvəl öz biznesi üçün veb-sayt sifariş edib, bütün ödənişi tam şəkildə həyata keçirib. Lakin artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, o, nə işlək saytını görə bilir, nə də biznesinin əsas aləti olan bu platformadan gəlir əldə edə bilir. Fərid Həsənli hər gün maddi zərərə, müştəri itkisinə və ən acısı — nüfuz itkisinə məruz qalır. Onun kimi onlarla sahibkar eyni vəziyyətdədir. Emil Hacıyev isə ona qarşı səslənən hər bir tənqidi “vəzifəli tanışlarının” adını çəkərək susdurmağa çalışır. O, öz babasının Arif Paşayevlə yaxın münasibətdə olduğunu, hətta elmi məqalələri onun üçün məhz babasının yazdığını və guya Arif Paşayevi alim edən də məhz onun babası olduğunu iddia edir. Üstəlik, guya “dayısı Elçin Əmirbəyov Prezidentin köməkçisidir” deyərək insanları qorxutmağa cəhd göstərir.  Əldə etdiyimiz məlumatlara görə, Emil Hacıyev bir müddət Rusiyada gizlənərək ondan sifariş verən və pul ödəyən şəxslərin qarşısına çıxmayıb. Daha sonra isə Azərbaycana dönərək özünə kiçik “komanda” toplayaraq kibermənşəli fırıldaqçılıqla məşğul olmağa başlayıb. Onun hazırda Rusiya ilə əlaqədə olan şəxslərə dövlətə və banklara aid gizli məlumatları ötürdüyü iddia olunur. Mənbələrin sözlərinə görə, Emil Hacıyev bir vaxtlar “Sinam” şirkətində işləyib, lakin oradan da məhz casusluq iddihamına görə uzaqlaşdırılıb. Azərbaycan xalqına və dövlətinə nifrət bəsləyən bu şəxs bu torpağın suyunu içir, çörəyini yeyir, amma eyni zamanda öz xalqını satmaqdan çəkinmir. O, müxtəlif bəhanələrlə artıq bir neçə ildir orduya çağırışdan da yayınır. Halbuki bu torpaq, bu dövlət onu və onun ailəsini yetişdirib. Bu qalib xalqın hər bir oğlu üçün vətənə xidmət müqəddəs borcdur.
Bu torpaq uğrunda canlarını fəda edən igidlər —
Polad Həşimov, İlqar Mirzəyev, Rövşən Cəfərov, Şükür Həmzəyev, Zaur Nudirəliyev, Əliyar Əliyevvə daha neçə qəhrəman şəhidimiz — öz qanları ilə Azərbaycanın azadlığını qorudular. Onların müqəddəs ruhu qarşısında,
Emil Hacıyev kimi fırıldaqçıların bu xalqın etimadını tapdalaması bağışlanmazdır. Azərbaycan xalqı belə adamlara susaraq deyil, qanunla cavablandıraraq danışacaq. (Adekvat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam