Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Ağ xalatlı "əzrayıl" - Sənan Mehdiyev cəzalardan necə yayınır? -TƏFSİLAT

Son vaxtlar kosmetik əməliyyatlar zamanı həkim səhlənkarlığının qurbanları artır. Belə faktlardan biri də burun əməliyyatı etdirən Nəzrin Mansurova ilə bağlıdır.

Yenixeber.org: 30 yaşlı Nəzrin burun çəpərindəki əyriliyə görə əməliyyatından sonra artıq 4 gündür komadadır. 
Nəzrinin ailəsi iddia edir ki, onun beyninə çirk yayıldığı üçün əməliyyatdan cəmi bir gün sonra vəziyyəti ağırlaşıb. Amma həkim buna diqqət ayırmadan bildirib ki normal haldır və düzələcək. Əslində isə əməliyyat zamanı Nəzrinin Nəzrinin beyni zədələnib və on komaya düşüb.Sənan Mehdiyev isə Nəzrinin əməliyyatdan sonra öz ayaqları ilə evə getdiyini, əməliyyatın heç bir yan təsirinin olmadığını deyib. Qeyd edək ki, bu hadisə ilə bağlı araşdırma başlayıb.
Maraqlıdır ki, bu fakt onu əməliyyat edən həkim Sənan Mehdiyevin faciə ilə nəticələnən ilk əməliyyatı deyil. Həkim Sənan Mehdiyevin ilk qurbanlarından biri 18 yaşlı tələbə Leyla idi. Onun 2015-ci ildəki faciəli ölümü böyük səs-küyə səbəb olmuşdu. Leyla Mürsəlova da burun çəpərindəki əyriliyə görə Sənan Mehdiyevə üz tutmuşdu. Lakin “Starmed” klinikasında baş tutan əməliyyat zamanı Leyla həyatını itirdi. Leylanın əməliyyat zamanı təzyiqi düşmüşdü. Ona adrenalin vurulmuşdu. Lakin həmin zaman Leylanın ürəyi dayanmış imiş. Onun ölümü ailəsindən 3-4 saat gizlədilmişdi.
Araşdırmalardan sonra Leylanın ölümünə səbəb kimi narkozun çox verilməsi göstərilirdi. Əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın vəziyyəti pisləşmişdi. Lakin “Starmed” klinikasında reanimasiya otağı olmadığından müdaxilə gecikmişdi. Yaxınlıqdakı klinikalardan və xəstəxanalardan reanimasiya briqadası çağırılmışdı. Amma onun həyatını xilas etmək mümkün olmamışdı. Leylanın ölümündən sonra Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı. Sənan Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi. Bundan sonra cərrah kimi fəaliyyətini davam etdirmişdi.
Cərrah Sənan Mehdiyevin daha bir neçə pasiyenti onun əməliyyatından şikayət etmişdi. Səbinə Nağıyeva adlı xanım burun əməliyyatından sonra yaranan fəsadlara görə S.Mehdiyevdən şikayət etmişdi. Sonra həkimlə barışıq əldə etmişdi. Bir sözlə Sənan Mehdiyev can qurtaran həkim əvəzinə, can alan əzrayıl rolunu ifa edir və maraqlıdır ki, bu şəxs bu günə qədər bütün əməllərindən cəıza almadan yayınıb.
Sosial şəbəkələrdə isə Sənan Mehdiyevdən şikayətçi olan onlarla şəxs var. Yazının sonunda S.Mehdiyevin pasiyenti olmuş şəxslərin sosial şəbəkələrdə yazdığı şərhləri təqdim edirik:(siyaset.info)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam