Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sinəsindəki şişlərə görə əməliyyat edilən qadın həkim səhlənkarlığının qurbanı olub? -İDDİA/VİDEO

Sinəsindəki şişlərə görə əməliyyat edilən qadın həkim səhlənkarlığının qurbanı olub? -

Sinəsindəki şişlərə görə əməliyyat olunan qadın bir müddət sonra kistaların götürülmədiyini öyrənib. Sağlamlığında yaranan problemlə bağlı həkimə müraciət edən qadına təcili əməliyyat olunmaq tövsiyə edilib. Amma əməliyyat olunsa da, problemləri bitmək əvəzinə səhhəti daha da ağırlaşıb.

Yenixeber.org: Paytaxt sakini Maya Nəbiyeva həkim səhlənkarlığının qurbanı olduğunu bildirib.

O, yaranmış problemlə bağlı həkim-onkoloq Pərvin Ələkbərovanı ittiham edib.

Şikayətçi iddia edib ki, əməliyyatdan sonra həkim ona süd vəzinin tamamilə götürüldüyünü bildirib. Amma zaman keçdikcə ağrıları şiddətlənən qadın yenidən həkimlərə müraciət edib. Bu dəfə öyrəndikləri onu dəhşətə gətirib.

Dediyinə görə, bundan sonra onu əməliyyat edən həkim-onkoloq Pərvin Ələkbərovaya müraciət edib. Həkim deyilən ittihamların heç birini qəbul etməyib.

Həkim-onkoloq Pərvin Ələkbərova səsləndirilən iddialarla bağlı sualları cavablayıb: "Burada heç bir problem yoxdur. Hər biri normaldır, əməliyyat olunub, sağalıb. Toxumaların 90 faizini təmizləmişik, yenidən kistalar, fibrozlar yarana bilər, normaldır. İçinə implant da qoymuşuq - ağrılar, hər bir yaranan şeylər normaldır, heç bir problem yoxdur".

Şikayətçi Maya Nəbiyeva üzləşdiyi problemlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:(Xəzər TV)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam