Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

“Kontakt Home-un şok oyunu: Müştəriyə 5 günə 200 manatlıq cərimə yazıldı!”

“Kontakt Home-un şok oyunu:
Sosial şəbəkə istifadəçisi Yasin Zamanov “Müştəriyəm, Şikayətim Var” qrupunda tanınmış elektronika mağazalar şəbəkəsi Kontakt Home-un xidmətindən narazılığını bölüşüb.
Yenixeber.org: Müştərinin sözlərinə görə, mağazanın kredit müqaviləsində əks olunan şərtlərə baxmayaraq, ona əsassız olaraq yüksək məbləğdə cərimələr hesablanır.
Yasin Zamanov bildirib ki, o, 19 may 2025-ci il tarixində Kontakt Home mağazasından kreditlə iPhone 16 (128 GB) modeli əldə edib. Müqavilə şərtlərinə əsasən, 6 ay müddətində müştərinin rəsmi iş yeri olmadığı halda, cərimə faizləri hesablanmamalıdır.
“Telefonu aldığım zaman rəsmi işim var idi. Lakin 4 avqust 2025-ci ildə işimdən ayrıldım və işsiz qaldım. Dərhal mağazaya yaxınlaşıb bu barədə məlumat verdim və lazımi sənədləri təqdim etdim. Nəticədə həmin ayın cəriməsi silindi”, – deyə Zamanov qeyd edib.
Müştəri daha sonra 23 sentyabr 2025-ci ildə Sumqayıt şəhərindəki mağazaya müraciət edərək, əvvəlki qaydada sənədləri təqdim edib. Mağaza əməkdaşları isə sənədlərin göndərildiyini bildiriblər.
“Lakin 25 sentyabr tarixində yenidən rəsmi işə başladım. İki gün sonra ödəniş məlumatlarını yoxladıqda gördüm ki, cərimə faizləri silinməyib və artmaqda davam edir. Mağazaya gedib iradımı bildirdikdə isə mənə dedilər ki, artıq rəsmi işiniz var və cərimələr silinməyəcək”, – şikayətçi vurğulayıb.
“Beş gün işə başlamışam, amma 200 manatlıq cərimə yazılıb”
Yasin Zamanov əlavə edib ki, sadəcə 5 gün əvvəl işə başlamasına baxmayaraq, ona 200 manata qədər əlavə cərimə hesablanıb:
“Əgər məntiqə uyğun yanaşsaq, mən bu müddət ərzində necə bu qədər cərimə ödəməliyəm? Bunun üzərinə növbəti ayın əsas ödənişi də əlavə olunacaq. Bu vəziyyətdə borcu bağlamaq mümkün olmur. Qaynar xəttə dəfələrlə müraciət etsəm də, heç bir real kömək göstərilmədi”.
Müştərinin müqavilə nömrəsi 764011 olaraq qeyd edilib. O, Kontakt Home rəhbərliyindən məsələyə aydınlıq gətirməyi və cərimələrin ləğv olunmasını tələb edir.("Azerbaycanreallığı")

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam