Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

50 qəpiklik onlayn qumar masası – “Misli”nin “mini kazionoları” nə qədər qanunidir? -DE-FAKTO

Qumarı bu qədər cazibədar və əlçatan eləməklə “Misli” ölkəni, xüsusən yeniyetmə və gənclərimizi hara sürükləməyi hədəfləyir?..

Yenixeber.org: Daha çox qazanc əldə etmək və yeni avanqard ideyalarla çıxş edərək bazarda öz yerini möhkəmləndirmək hər bir biznesin əsas faəliyyət dairəsidir və bu çox təqdirə layiqdir. Ancaq bu o halda keçərlidir ki, həmin biznes sahəsi öz fəaliyyəti ilə ölkə vətəndaşlarını pis vərdişlər təlqin etməsin, millətin gələciyini faciələrə yönləndirməsin və xalqın mental dəyərlərini, əxlaq və mənəvi normalarını korlayaraq sağalmaz yara vurmasın. Bu baxımdan “Misli”nin “50 qəpiklə cekpot şansı!” adlı yeni başlatdığı onlayn layihə narahatlıq doğurur.

Söhbət hər şeydən əvvəl onlayn platformada “lotereya” adı altında əslində qumarın bu qədər əlçatan edilməsindən, yayğınlaşmasından və bunun cəmiyyətə təsirindən gedir. Bilirik ki, asan yolla pul qazanmaq bütün zamanlarda kütləyə narkoz kimi təsir edib və qumar, o cümlədən insan alveri tarixin yaranışından mövcuddur. Onu da bilirik ki, qumar bizim mentalitetimizdə hər zaman ən pis vərdişlər arasında yer alıb və bu gündə almaqdadır. Çünki qumar alışqanlığının yıxdığı evlər, söndürdüyü ocaqlar heç də narkotik alışqanlığından geri qalmır. Yəni əslində şans oyunları dediyimiz qumar oyunları hər bir cəmiyyət üçün ən azı narkotik bağlılıq qədər təhlükəlidir və normalda bu oyunlar da narkotik alveri kimi qadağan olunmalıdır. Buna baxmayaraq bu gün şans oyunları (qumar) “misli.az” kimi platformalarda, o cümlədən ölkənin demək olar ki, bütün onlayn platformalarında və tele məkanında açıq şəkildə reklam olunur…

Əlbəttə ki, “Misli” deyə bilər ki, bu qumar deyil, lotereyadır. Amma bildiyimiz lotereya ayda, ya da uzağı həftədə bir dəfə biletlər satılmaqla oynanılır. Əgər biri fiziki, ya da hüquqi şəxs olaraq 4 milyonluq şəhərin hər küçəsində, hər gediş-gəlişli yerində “poz-qazan” masası qoyubsa, bu artıq lotereya deyil, məhz qumardır, daha doğrusu hər yerdə açıq fəaliyyətdə olan səyyar kazinodur. Bunun başqa adı yoxdur və biz düşünmürük ki, Milli Məclis səviyyəsində “Azərlotereya”ya mərc oyunları həyata keçirmək icazəsi verilndə, bu şirkətin hər bir küçədə bir neçə “mini kazino” açacağı nəzərdə tutulub. Bu baxımdan bu gün “Azərlotereya”nın “Misli” platforması ilə həyata keçirdiyi fəaliyyət tamamilə qanunsuzdur və hesab edirik ki, bununla bağlı hüquq mütəxəssiləri, o cümlədən qurumlar öz şərhlərini verməlidir.

“Misli”nin “50 qəpiklə cekpot şansı!” adıyla başlatdığı yeni onlayn layihəyə gəlincə isə, deməliyik ki, bu artıq “Misli”nin pul qazanmaq naminə insanları şirnikləşdirmək üçün baş vurduğu ən son səviyyədir. Qeyd edək ki, “50 qəpiklə cekpot şansı!” adlı onlayn “kazino”da iştirakçılara hər 5 dəqiqədən bir oynamaq haqqı tanınır ki, bu da əslində “loterya” pribsiplərinə deyil, məhz “kazino” prinsiplərinə uyğundur. Bununla faktiki olaraq “qumar” daha da əlçatımlı və cəlbedici edilib. Xatırladaq ki, “Misli.az”ın oyunçulara təqdim etdiyi “Iştirakçi müqaviləsi” də tam olaraq kazino qaydalarına uyğun tərtib olunub və burda hər hansı “loterya” qaydalarından danşmaq belə yersizdir.

Xatırladaq ki, bundan əvvəl “Misli” 1 manatlıq, ya da 5 manatlıq kimi oyunları ilə də eyni məzmunlu olub və son olaraq hər “gedişi” 5 dəqiqə zaman fasiləsi ilə 50 qəpiyə endirməklə əslində yeniyetmələr üçün belə qumarı əlçatan edib. Bu isə açığı gələcəyimiz üçün faciəvi vəziyyət yaradır.

Əlbəttə ki, “Misli.az” deyə bilər ki, oyunlara qatılmaq üçün yaş həddi 18 olaraq müəyyənləşdirilib. Əvvəla, çox aşağı gediş haqqıyla və cəlb edici uduşla 18 yaşında bir gənci qumara sövq eləmək nə qədər doğrudur? Yəni 18 yaşlı bir gənclə 16 və ya 17 yaşlı yeniyetmənin yetkinlik psixologiyasında hansı böyük fərq var?

Digər tərəfdən bilirik ki, indiki texnoloji bilik səviyyələri ilə hətta 12-15 yaşlı yeniyetmələr belə 50 qəpiklik qumarı oynamaq üçün yol tapmaq imkanlarına malikdirlər və onların da saxta məlumatlarla qeydiyyatdan keçməsi üçün platformada elə ciddi məhdudiyyət və texniki maneə yoxdur.

Bu baxımdan qeyd etməliyik ki, “Misli.az” özünün “mini onlayn kazinolarına” əlçatımlılığı bu qədər asanlaşdırmaqla əslində yeni nəsli “qumarbaz”a çevirməyi hədəfləyir. Bizcə bu təhlükədən istər cəmiyyətimizin aparıcı qüvvələri, istərsə də dövlət qurumları narahat olmalıdırlar…

Qeyd edək ki, məsələ ilə bağlı Poliqon Misli.az-a sorğu ilə müraciət edib. Corğumuza cavab alan kimi, qarşı tərəfin mövqeyini dərc edəcəyik.(oliqon.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam