Lotereya sahəsində böyük irəliləyişin ölkə üçün FAYDALARI – 5 milyon vergi və... -FOTOLAR
Bəlkə bir jurnalist kimi keçən fəaliyyətimdə 15 il olar ki, lotereya oyunları sahəsindən yazmırdım. Düzünü deyim ki, fikrimdə bəzi stereotiplər yaranmışdı. “Misli” məntəqələri və “Poz-Qazan” ani lotereyaları barədə də nə dəqiq məlumat, nə də bir fikrim vardı.
Yenixeber.org: Bir neçə gün əvvəl “Misli” məntəqəsində media nümayəndələrini bu sahədə görülən işlərlə bağlı məlumatlandırmaq və yeniliklərlə tanış etmək məqsədilə “Azərlotereya” ASC tərəfindən görüş keçirildi. Qeyd edim ki, 2022-ci ilin əvvəlində ölkədə “Misli” məntəqələri fəaliyyətə başlayıb. “Misli” məntəqələrində ani və tirajlı lotereyaların satışı həyata keçirilməklə yanaşı, müxtəlif növ idman yarışlarına, virtual idman oyunlarına mərc etmək, eləcə də hər 5 dəqiqədən bir 1 000 000 manat uduş şansı verən “Ekspres KENO” oynamaq mümkündür.
Lotereya oyunları sahəsində həqiqətən də irəliləyiş var. Bunu media turu təşkil edən və bizi maraqlandıran suallara cavab verən “Azərlotereya” ASC-nin PR müdiri Seymur Teymurov da təsdiq etdi.
Çıxışının əvvəllində gələn jurnalistlərə minnətdarlıq edən S.Teymurov Azərbaycanda keçirilən lotereya oyunlarının dövlət tərəfindən tənzimlənməsini, oyunların qanuna müvafiq formada aparılmasını dedi. O qeyd etdi ki, “Azərlotereya” ASC dövlət şirkəti olaraq lotereya və mərc oyunlarından dövlətə külli miqdarda vergi ödənilir. 2021-ci il hesabat dövründə mənfəət vergisi olaraq dövlət büdcəsinə daxil olması əvvəlki ilə görə 290 faiz artaraq 5,1 milyon manat təşkil edib.
Bundan başqa şirkətin “Misli” brendi və lotereya oyunlarından əldə edilən vəsait Azərbaycanda müxətlif sahələrin, xüsusilə də idmanın inkişafına dəstək olur. “Azərlotereya” korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid övladlarının Azərbaycanda yaşayış xərclərini, Türkiyənin dövlət universitetlərində isə təhsil və yaşayış xərclərini qarşılayır. “Azərlotereya”nın Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən “Əmanətə Sədaqət” sosial layihəsi hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. “Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.
“Azərlotereya”nın korporativ sosial məsuliyyət layihələri vətənpərvərlik, təhsil, idman, ekologiya və innovasiya istiqamətlərini əhatə edir. Bu baxımdan “Əmanətə Sədaqət”, “Gələcəyə yaşıl miras” layihələrini, futbol üzrə Azərbyacan çempionatında sponsorluğu (Misli Premyer Liqası – Red) xüsusi qeyd etmək olar.
Şirkətin “Məsuliyyətli Oyun” konsepsiyasına uyğun olaraq *2070 dəstək xətti fəaliyyət göstərir. Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olan şirkət xoş və əyləncəli xidmətlər təqdim edərkən sosial məsuliyyətinin fərqindədir. “Azərlotereya.com” və “Misli.az” internet səhifələrində “Məsuliyyətlə Oyna” bölməsi mövcuddur, eyni zamanda sosial media hesablarında şans oyunu həvəskarlarını məsuliyyətli olmağa çağıran məlumatlandırıcı foto və video yerləşdirilib.
Bildiyimiz bütün “Poz-Qazan” biletləri "Scientific Games" şirkətinin İgiltərədəki fabrikində çap olunaraq Azərbaycana gətirilir. Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan “Azərlotereya” ASC qlobal lotereya sənayesində önəmli yer tutan ABŞ şirkəti "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1973-ci ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Şirkət 50-dən çox ölkə üzrə 130-dan çox lotereya təşkilatçısı ilə əməkdaşlıq edir.
“Azərlotereya”nın idarəetməyə verilməsindən sonra yeni oyunlar dövriyyəyə girib. Buna misal olaraq, “Ekspres KENO” və “Virtual idman”ı qeyd etmək olar. “Ekspres Keno” oyununu “Misli” məntəqələri ilə yanaşı “Misli.az” saytında oynayaraq hər 5 dəqiqədən 1 000 000 manat qazanmaq şansı əldə etmək olar.
Yeri gəlmişkən, getdiyimiz “Misli” məntəqəsində jurnalistlərə “Ekpres KENO” oyununu əyani şəkildə göstərib, oyunun necə keçirilməsi qaydasını izah etdilər. Qeyd edim ki, oyun olduqca maraqlı idi. Virtual idmana gəlincə, hazırda virtual İngiltərə Premyer Liqası və Virtual Bundesliqa oyunlarına mərc imkanı mövcuddur. Virtual Bundesliqanın əsas özəlliyi bu oyunların real qarşılaşmalardakı görüntülərə əsaslanmasıdır.
Şirkətin tirajlı lotereyaları “Meqa 5/36”, “Super Keno” və “4+4” “Xəzər TV”də yayımlanır. Hazırda “Meqa 5/36”da cekpot məbləği 114 000-dən, “4+4”də isə 890 000 manatdan yuxarıdır. “Super KENO” oyununda isə böyük uduşun məbləği 1 000 000 manat təşkil edir. Cekpot və böyük uduşlarla yanaşı, “Meqa 5/36” tirajlı loterasının “Meqa 5” oyununda hər gün 1 000 manat məbləğində mütləq uduş qazanılır. Yeri gəlmişkən, bu yaxınlarda Bakı sakini 1 manat ödəyərək aldığı “Super KENO” bileti ilə 100 000 manat qazanıb.
Bu əsnada söhbətə qoşulan “Azərlotereya”nın əməkdaşı Zeynəb Əliyeva ani lotereyaların onlayn versiyalarının da aktual olduğunu vurğuladı. “Misli.az”da idmana dair mərc oyunları, eləcə də müxtəlif şans oyunları həyata keçirilir. Bunlara misal olaraq virtual ani oyunları qeyd etmək olar. Hazırda bu oyunların sayı 10-dur və 750 000 manata qədər uduş qazanmaq şansı var. Virtual mühitdə keçirilən bu oyunlarda uduş məbləği oynanılan məbləğdən asılı olaraq dəyişir. Təqdim olunan vidtual idman oyunlarının sayı isə 8-dir – Bundesliqa, İngiltərə Premyer Liqası, Çempionlar Kuboku, Millətlər Kuboku, basketbol, tennis, tazı və at yarışları. Bir neçə gün əvvəl isə məşhur “Binqo” oyunu - “Virtual Binqo” istifadəyə verilib. Yaşı 18-dən çox olan şəxslər “Misli.az” saytında qeydiyyatdan keçərək qaydalarla tanış ola, könüllü şəkildə bu oyunlarda iştirak edə bilərlər.
“Azərlotereya” əməkdaşları bir məqamı da vurguladılar ki, lotereyada qalib gələn şəxslər çox hallarda uduşları gəlib apararkən, adlarının hallanmamasını və çəkilişin olmamasını arzulayırlar. Ölkə qanunvericiliyinə əsasən, lotereyada qalib gələn şəxsin adı, foto və video görüntüsü yalnız onun yazılı razılığı olduğu halda açıqlana bilər. Adının, eləcə də fotosunun paylaşılmasına razılıq verən qaliblərlə bağlı şirkətin sosial media hesablarında paylaşım edilir. “Azərlotereya” ASC adlarının açıqlanmasını istəməyən qaliblərin seçiminə hörmətlə yanaşır.
Sonra media turumuzu “Xəzər” televiziyasına gəlməklə davam etdiririk. Bizi “Azərlotereya” şirkətinin nümayəndələri qarşılayır. Lotereya oyunları haqqında ətraflı məlumat aldıqdan sonra “Xəzər” TV-də lotereya oyunları keçirilən zala daxil oluruq. Televiziyada lotereya oyunları çəkilişlərini aparan mütəxəssislər jurnalistlərə “Super KENO”, “4+4” və “Meqa 5/36” tirajlı lotereyaların qaydalarını izah edirlər və oyunun necə keçirilməsini əyani şəkildə göstərirlər. Əminliklə deyə bilərik ki, “Azərlotereya”nın oyunları tam şəffaf şəkildə aparılır. Qeyd etmək lazımdır ki, “Azərlotereya” ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvüdür.
Ümumilikdə oyunlar barədə xoş təəssüratlarımız əyləncə dolu bir günü bizlərə yaşatdı. Buna görə jurnalistlər və media qurumları adından “Azərlotereya” şirkətinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.
Müəllif: Səadət Sultan,
Xüsusi olaraq “Yenixeber.org” üçün