Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“General Hospital”da sertifkasiyadan keçməyən həkimlər çalışır?!

Xəbər verildiyi kimi, bir müddət əvvəl Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” yenə saxta sağlamlıq arayışı qalmaqalı ilə gündəmə gəlmişdi. Vətəndaş Qurbanova Zərxanım İlqar qızı saytımıza müraciətində bildirmişdi ki, adıçəkilən tibb müəssisəsində 40 manat müqabilində ona heç bir yoxlanışdan keçmədən sağlamlıq kağızı təqdim olunub.

Yenixeber.org: Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, vətəndaş Qurbanova Zərxanım İlqar qızına “General Hospital” (SEYMUR-M MMC) tərəfindən sağlamlıq haqqında “Tibbi arayış”ın verilməsi ilə bağlı iddialar nəzərə alınaraq, 15-16 sentyabr 2025-ci il tarixlərində sözügedən özəl tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama aparılıb.
Yoxlama nəticəsində aşağıdakı ciddi nöqsanlar aşkar edilib:
– Sağlamlıq haqqında verilmiş “Tibbi arayış”da (F086) möhürdə adı olan həkimlər müəssisənin rəsmi işçi siyahısında olmayıb, mütləq vacib ilkin tibbi müayinələr aparılmayıb;

– İlkin və dövri tibbi müayinələr üzrə həkim komissiyaları yaradılmayıb;

– “Tibbi arayış” qeyri-səlahiyyətli şəxslər tərəfindən imzalanıb;

– Məsul şəxslərdən bəzilərinin sertifikasiyası yoxdur;

– “Tibbi arayışların qeydiyyat kitabı” (F034) aparılmır.

Bununla yanaşı müəssisədə digər ciddi çatışmazlıqlar da müəyyən olunub:

– Bir sıra sahələrdə sanitar-epidemioloji tələblərə riayət edilmir, lisenziyadan kənar fəaliyyət (rentgenoloji, cərrahi stomatoloji) aparılır;

– Sterilizasiya prosesləri tələblərə uyğun deyil, istifadə edilən tibbi avadanlıqlar yararsız vəziyyətdədir;

– Laboratoriya müayinələri müvafiq ixtisaslı mütəxəssis olmadan həyata keçirilir;

– Avadanlıqların uyğunluğunu təsdiq edən sənədlərin müddəti bitmişdir;

– Ionlaşdırıcı şüa mənbələri üzrə FHN-nin icazəsi və pasport sənədləri mövcud deyil;

Rəsmi işçi siyahısında olmayan şəxslərin praktik tibbi fəaliyyətlə məşğul olduqları aşkar edilib.

Aşkar edilən faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə inzibati protokol tərtib olunaraq məsələ icraata yönləndirilib.
Əlavə olaraq qeyd edirik ki, bu müəssisədə aparılan əvvəlki yoxlamalar zamanı da oxşar nöqsanlar müəyyən olunub, lakin onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməyib. Mövcud vəziyyət nəzərə alınaraq “General Hospital”ın fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun daha ciddi tədbirlərin görülməsi üçün məsələ aidiyyəti üzrə göndərilib.(Unikal)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam