"Mənzil Tikinti Kooperativləri tərəfindən həyata keçirilən ən böyük özbaşınalıqlardan biri də odur ki, özləri tərəfindən yaradılmış Mənzil İstismar Sahəsidir. Bu sahənin əsas məqsədi insanları səfil həyata düçar etməklə, onların həyat şəraitini ağırlaşdıraraq, ciblərinə girib pul oğurlamaqdır. Bu oğurluğa isə rəhbərlik edənlər əldə edilən pulları, hesabat təqdim etmədən, öz şəxsi tələbatlarını qarşılayaraq, lüks həyat şəraitini artıraraq yüksək gəlir əldə etməkdədir."
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən şikayətdə deyilib.
Həmin şikayəti olduğu kimi təqdim edirik:
"Bu qara yara bəlasının ən böyüklərindən biri isə Abşeron rayon Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış massivində “İnteqral” MMC kimi fəaliyyət göstərən kommunal, istilik və digər borcların ödənilməsinə dırnaq arası nəzarət edən fəaliyyəti növü bəlli olmayan, müəssisənin fəaliyyətinə faktiki kimin rəhbərlik etməsi, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları kimin tərəfindən yerinə yetirilməsi, maliyyə-təsərrüfatı fəaliyyətinin uçotunun aparılması vəzifəsini kimin üzərinə düşməsi bəlli deyildir. Burada yaşayan sakinlərə MİS-nin qurbanlarına çevrilməsidir. Mənzildə yaşayan paylı mülkiyyətçiləri öz hüquqlarını həyata keçirməyə bir mənalı olaraq maneə törədirlər. Ona görə ki, yaşayış massivin məsul vəzifəli şəxsləri kommunal xidmətlərdən əldə edilən pullarla öz istədikləri kimi hərəkət etməkdədirlər. Mənzil Məcəlləsinin 44-47-ci maddələrinə əsasən sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları ilə kommunal xidmətlərin tarifi müəyyən edilir və həyata keçirilir. Bu günə kimi “Qurtuluş 93” yaşayış massivində “İnteqral” MMC tərəfindən mənzil mülkiyyətçilərinin bir dəfə də olsun yığıncaqları təşkil edilməməkdədir.
Mənzildə yaşayan paylı mülkiyyətçilər Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən 3 idarə formasından birini seçərək binannı idarə edilməsini təşkil edirlər. Qeyd edilən “İnteqral” MMC öz fəaliyyəti barədə mənzildə yaşayan mülkiyyətçilərə bir dəfə də olsunu məlumat verməyərək necə və hara aldıqları pullar barədə məlumat vermirlər. Daha acınacaqlısı ondan ibarətdir ki, MMC barədə məlumat verilməsi ilə bağlı ərizə ilə müraciət edirsən müraciətlərin cavabsız qalır.
“Qurtuluş 93” MTK-da bu azmış kimi yaşayış binaların zirzəmiləri, qeyri-yaşayış sahələri sənaye istehsalatlarına verilməsidir ki, buda Mülki Məcəllənin 126-cı maddəsinin tələblərini pozmaqla yanaşı Şəhərsalma və Tikinti Məcəlləsinin normalarını pozulmasına gətirib çıxarır.
Qeyd edilənlər bir yana kommunal xərclərlə bağlı qanun norması bir mənalı olaraq pozulmaqdadır. Belə ki, kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxsə əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə uyğun olaraq kommunal xidmətlərə aid edilən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qanunsuz tələb edilən kommunal xərclərlə bağlı vergi məcəlləsi ilə müəyyən edilmiş vergilərin ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicisinin vəzifələrinə aid edilib. Bu günə kimi mənzildə yaşayan paylı mülkiyyətçilərin razılıqları olmadan qanunsuz olaraq kommunal xidmətlərin tarifləri özbaşına şəkildə heç bir səbəb və əsas göstərmədən qaldırılmaqdadır. Qanunvercilik isə bir mənalı olaraq mənzildə yaşayan mülkiyyətçilərin razılığı əsasında qiymətlərin dəyişdirlməsini həyata keçirir ki, buda yalnız mənzil mülkiyyətçilərinin səs verməsi təmin edilməklə göstərilir. Sadaladığım bütün xüsusatlar bu günə kimi təmin edilməmiş və pozulmaqdadır. Buda yol verilən pozuntunun məsul şəxslərin öz nüfuzundan istinfadə etməklə qanunsuz gəlir əldə etməsinə gətirib çıxarır. Mənzildə yaşayan paylı mülkiyyətçilər isə vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən əziyyət çəkir səfil həyata yaşamağa düçar edilirlər. Artıq yaranmış haqlı narazlıqlar öz həllini qanuni şəklində tapmadıqdadır.
Bildirirəm ki, şikayətimdə göstərdiyim xüsusatlar məhz MİS-də açıq şəkildə yol verilən pozuntu olaraq qalmaqdadır. vəsaitlərin xərclənmə təyinatı ictimaiyyətə açıq deyil və onların nə dərəcədə şəffaf xərclənməsi bilinməməkdədir. "Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) tam kommunal təminatlı mənzillər üçün 1 kv. metr yaşayış sahəsinə görə bir ayda 2 qəpik, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün 1 kv. metr yaşayış sahəsi üçün bir ayda 2 qəpik xidmət haqqı tarifləri təsdiq edilib, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının "Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" 29.06.2024-cü il tarixli, 8 saylı qərarına əsasən, 01.07.2024-cü il tarixdən əhali üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə görə adambaşına bir ayda 1 manat (1 iyul tarixinədək adambaşına bir ayda 30 qəpik olub) kommunal xidməti tarifi müəyyən edilib". Yaşayış sahəsinə və kommunal xidmətə görə haqq hər ay üçün mənzil-istismar təşkilatlarının təqdim etdiyi ödəniş sənədləri əsasında həmin xidmətlərdən istifadə edən şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarının 1 nömrəli əlavəsinə müvafiq olaraq təsdiq edilmiş məbləğdə vaxtında və tam şəkildə ödənilməlidir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş mənzil (ev) xidməti tarifləri qüvvədə olduğundan mənzil-istismar təşkilatları tərəfindən mənzillərin hər 1 kv.m yaşayış sahəsinə görə ayda 2 qəpik xidmət haqqının və bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə görə adambaşına ayda 1 manat kommunal xidmət haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Tarif (Qiymət) Şurasının yuxarıda adıçəkilən qərarlarına uyğun aparılır".
Bunula yanaşı mənzil mülkiyyətçilərinə məxsus yaşayış sahəsinin tərkib hissələri (qeyri-yaşayış sahələri) heç bir razılıq olmadan başqa şəxslərin istifadəsinə verilməkdədir. Bu qeyri-yaşayış sahələri paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Qeyri-yaşayış sahələrindən istehsalat üçün istifadə edilməsi yol verilməzdir.
Sizə ünvanladığım bu şikayəti işıqlandırmaqla insanlarımızın haqlı narazlıqlarına səbəb olan halların aradan qaldırılmasına, sosial-iqtisadi vəziyyətin insanların həyat şəraitinə uyğu şəkilləndirilməsini təmin edilməsidir. Baş verən özbaşınalıqlar, qanunsuzluqlar aradan qaldırılmadığı halda insanlarımız əziyyət çəkəcədir ki, buda haqlı narazlıqlara səbəb olaraq ölkədəki tarazlığın, əmin-amanlığın məmurlar tərəfindən pozulması ilə nəticələnəcəkdir. İnsanlarımız bu qanunsuzluqlardan əziyyət çəkməkdədir. Öz evlərində kirakeç kimi yaşamaqdadırlar. Artan tələbatlar önların vəziyyətlərinin daha ağırlaşmasına gətirib çıxarıb. Hesabat təqdim etməyən mmc rəhbərliyi özbaşınalıqdan haqlı narazlıqlardan sonra da daha hiddətlənir və insalara, orada yaşayan sakinlərə daha ağır nəticələn biləcək hərəkətlərə yol verməkdədirlər. Yaranmış vəziyyət nəzarətə götürülmədiyi təqdirdə ağır nəticələrin baş verməsinə məmurlar tərəfindən suni şəkildə yol veriləcəkdir. Artıq mmc rəhbərliyi elə bir qarşıdurma yaratmaqdadır ki, burada hər bir cinayətin törədilməsi qaçılmaz olacaqdır. Çünki, insanla, orada yaşayan sakinlər haqlı narazlıqlarını ifadə edərkən təyziqlərə məruz qalırlar.
Bu və ya digər üsul və vasitələrlə onlara təsirlər göstərirlər. Göstərilənləri nəzərə alıb bu şikayəti işıqlandrımanızı xahiş edirəm və Sizlərə əvvəlcədən təşəkkür edərəm" deyə şikayətçi bildirib.
“Qurtuluş 93” Mənzil İstismar Kooperativinə və MTK-ya aid bir çox digər ittihamlar da var.
Beləki, iddia olunur ki, “Qurtuluş-93” yaşayış kompleksində təhlükəni iş adamı Hacı Məhərrəmin razılığı ilə həyata keçirildiyi xəbərləri dolaşır. Bu da Masazır qəsəbəsinin yaşayış kompleksindəki məlum binalarda baş verən gizli qanunsuzluqlar sakinlər arasında ciddi təşviş yaradıb.
Məlumata görə, kompleksin bir neçə binalarının zirzəmilərində iaşə obyektləri üçün binanın dayaqları və aparıcı sütunları sökülüb. Daha da təhlükəli hal isə aparıcı divarın götürülərək onun yerinə plastikdən boydan-boya pəncərə qoyulmasıdır. Bu səbəbdən bu məlum binalar qəzalı vəziyyətə düşüb və binada yaşayan sakinlər təhlükələrlə üz-üzə qalıblar. Hadisə ilə bağlı sakinlər bildiririblər ki, belə bir müdaxilə onların həyatını birbaşa təhlükə altına salır. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticə olmayıb. Sakinlər məsələ ilə bağlı təcili tədbir görülməsini və binaların təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsini tələb edməkdədirlər.
Bundan başqa "Abşeron rayonunun Masazır kəndində yerləşən "Qurtuluş-93" yaşayış kompleksinə məxsus olan onlarla binalarda qeyri-qanuni olaraq heç bir icazə sənədləri olmadan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi faktı aşkarlanıb".
Bu barədə Abşeron Rayon İcra Hakimiyyəti həmin qanunsuzluqlarla bağlı media nümayəndələrinə rəsmi olaraq mövqeyin ortaya qoyub.
Qeyd olunub ki, sözügedən əraziyə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə birgə baxış keçirilib:
Aparılan qanunsuzluqlarla bağlı RİH-nin açıqlamasında bildirib - "Baxış zamanı "Qurtuluş-93" kompleksinə məxsus olan binalarda heç bir icazə sənədləri olmadan, qeyri-qanuni olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi faktı aşkarlanıb. Görülən tədbirlər nəticəsində aparılan qeyri-qanuni təmir tikinti işləri sparıldığı üçün tikinti sahibinə ciddi xəbərdarlıq edilib və aidiyyəti üzrə qurumlara məlumat verilib".
Ardı var
(paytaxt.org)