Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

9 saylı türmədən Prezidentə məktub var:Komissiya rəhbəri hüquqlarımızı pozur



Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsindən redaksiyamıza məktub daxil olub.

Yenixeber.org:  Məhkumların müraciəti Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova ünvanlanıb.
Deyilir ki, ədliyyə naziri Fərid Əhmədovun adıçəkilən cəzaçəkmə müəssisəsinə baş çəkməsi və məhkumlarla görüşməsi arzulanır, bu məqsədlə ölkə rəhbərliyinin ona bu şəraiti yaratması xahiş edilir. Müraciətdə bildirilir ki, nazir Əhmədov tərəfindən yeni bir komissiya yaradılıb və hazırda qanunsuz fəaliyyət göstərməkdədir: “Cəzaların icrası məcəlləsi var. Yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsi. Bu da məhkəmə qərarı ilə həyata keçirilir. Əfsuslar olsun ki, qanunlarımızı saymırlar. Yüzlərlə məhkumun hüquqları pozulmaqdadır. Nəticədə məhkumlara maddi və mənəvi zərər vurulur”. 
Müraciətdə sual verilir ki, məhbuslar hansı səbəbdən komissiyadan kəsilib: “Komisisya rəhbəri Ceyhun Tağıyevdir. Ədliyyə Nazirliyinin təyin etdiyi bu şəxs əvvəllər polis orqanlarında çalışıb. Komissiya rəhbəri məhkumu cəmi 30 saniyəlik qəbul edir və bu göz qırpımında Ceyhun Tağıyev adamı necə tanıya bilər? Belə çıxır ki, ona ilahi bir güc verilib, qısa zamanda məhkumu tanıyıb qərar vermək qabiliyyətinə malikdir. Görünür, baxıcılıqla məşğuldur”.
Məktubda qeyd olunur ki, dövlətin qanunları bir şəxsin qərarları ilə idarə olunmur: “Cənab nazir və Ceyhun Tağıyev, qanunlara hörmət etmək lazımdır. Onlar elə fikirləşirlər ki, bura Afrika respublikasıdır, amma yanılırlar. Cənab prezidentdən xahiş edirik ki, nazirin 9 saylı həbsxanaya gəlməsinə şərait yaratsın. Biz dövlətçiliyə sadiq məhkumlarıq, qanunlara əməl edirik. Ona görə də nazir Fərid Əhmədovun gəlib bizim şikayətlərimizi dinləməsini xahiş edirik. Hesab edirik ki, qanunsuz yaradılan komissiya ləğv olunmalıdır. Cəzaların icrası məcəlləsi var və məhkəmə dustaqla bağlı qərar verir. Komissiya cəzalarla bağlı qərar verə bilməz. Komissiya kefi istəyəndə gəlir ki, bu da məhkumların hüquqlarının pozulmasıdır”.(anxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam