Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Medipoint“ klinikasında özbaşınalıq –Blogeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar

media-477
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova həkimlərlə bağlı daha bir paylaşımla diqqət çəkib.
Yenixeber.org: Onun yayımladığı video “Medipoint” klinikasında lentə alınıb. Görüntüdə bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa çəkiliş qrupu ilə birlikdə girdiyi, proses boyunca orada olduğu yer alıb. Bunu reklam məqsədi ilə edən mərkəz və bloger videonun tənqid edildiyini görəndən sonra görüntüləri silib.
Q.Ataşova bildirib ki, əməliyyatı icra edən ginekoloq Vüsalə Rəhimovadır:
“Əməliyyat otağı podium deyil. Süni mayalanmadakı rəzillik bir dərddirsə, cərrahiyyə otağındakı reklam başqa bir faciədir. Orada həyatla ölüm arasında yalnız bir cərrahın əlləri dayanır. Dünyanın – məsələn, Amerika kimi “geridəqalmış” ölkələrində əməliyyat otağına bloger yox, yalnız lisenziyalı tibb işçiləri girir. Kamera? O da yalnız etik komitənin yazılı icazəsi ilə. Bəs bizdə nə baş verir? Sualım var: Səhiyyə Nazirliyinə,
özəl klinikaların rəhbərlərinə və əməliyyat otaqlarına cavabdeh olan hər kəsə: Bloger əməliyyata niyə girir?
Təbii ki, həkimi reklam etmək eşqi ilə. Bəs sizin qaydalarınız haradadır? Əməliyyat otağında pasiyentin toxunulmazlığına, məxfiliyinə kim cavabdehdir? Bu yer axı mətbəx deyil. Tibb işçisi olmayan, tamamilə yad bir insan, cərrah bıçağının yanında, həkimin arxasında “kontent çəkir” və siz hələ də susursunuz?
Nə həkimi tanıyıram, nə də reklam çəkən xanımı. Hətta xanımı da qınamıram, çünki ona icazə verilməsəydi, əsla o otağa girə bilməzdi. Doktor Vüsalə Rəhimova, siz buna necə icazə verə bildiniz? Axı siz bu xalqın ziyalı təbəqəsindəsiniz”.
Qeyd edək ki, bundan əvvəl də əməliyyat otağında çəkiliş aparılması məsələsi müzakirə edilmiş, həkim cəzalandırılmışdı. Mama-ginekoloq Ləman Əliyeva doğuş zamanı otaqda ad günü edib və cəzalandırılmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam