Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... -FOTOFAKT

Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT

7 il əvvəl bir məhkəmə işi ilə bağlı Nizami Rayon Məhkəməsinə getmişdim. Məhkəmədən çıxandan sonra həmkarlarla piyada metrostansiyaya tərəf getməyə başladıq. Yolda diqqətimi bir mənzərə çəkdi: Hasara alınmış yaşıllığın ətrafına böyük hərflərlə “Parkda abadlıq işləri aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmışdı.

Yenixeber.org: Həmin mənzərəni telefonla çəkərək feysbuk hesabımda paylaşdım. Qeyd olaraq da yazmışdım ki, abadlığın sonunu gözləyək. Yolda həmkarlarla söhbət edən zaman da bu “abadlığın” sonunun yaxşı olmayacağı barədə həmfikir olmuşduq. Elə də oldu...

Bu barədə jurnalist İlkin Muradov "Yeni Müsavat"da yazdığı məqalədə qeyd edib.
Onun sözlərinə görə, illər keçdi, yaşıllıq ərazi “abadlaşdı”, amma insanlar üçün yox, sahibkar üçün. "Yaşıllıq ərazi “abadlaşıb”, park yox, restoran oldu. Yəqin ki, “parkda abadlıq işləri aparılır” deyəndə elə o vaxtdan restoranın adını - “Sherlock Park”ı nəzərdə tuturmuşlar. Amma bizim nəzərdə tutuduğumuz park, bu park deyildi...
Aydın məsələdir ki, illərdir Bakıda icra hakimiyyətlərinin, dövlət qurumlarının, sahibkarların danışdığı ən böyük yalanlardan biri budur: “Abadlıq işləri gedir. Narahatçılığa görə üzr istəyirik...”
Amma sonda baxırsan ki, üzrləri qəbahətlərindən böyükdür... Amma bu mənzərə bizləri narazı salsa da, məmurları və sahibkarları razı salır...", - deyə jurnalist bildirib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam