Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir?...

media-xett

Bakının  Xətai rayonunda çalışan bir qrup dalandar (süpürgəçi)  etirazını bildirib.

Yenixeber.org: Belə ki, Xətai rayonu ərazisində  təmizlik  işlərində çalışan  bir  qrup  süpürgəçi  qadın  bildirib ki,onların maaşları bu aydan kəsilib.Şikayətçilər  bunun  hansı  səbəbdən baş verdiyini  bilmədiklərini  deyirlər.

Etirazını  bildirən  qadınlar  onu  da  bildiriblər  ki, rayon ərazisində  demək  olar ki,bütün  işlər  onlara  gördürülür.

“Bizim  maaşlar  750 manatdır.Dedilər ki,bu aydan  500 manat alacağıq.Bunun səbəbi nədir?Bu qədər haqsızlıq olar?Süpürgəçinin puluna  göz  dikən  məmur  kimdir?JEK-in bütün işini biz görürük.Kişi  işlərinə  də  gedirik.Buna baxmayaraq pulumuzu kəsirlər”,-deyə  etiraz  edən  qadınlar  bildirib.

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Fəxrəddin Məmmədovdur.

Daha  ətraflı  videonu   təqdim  edirik:

Video Player



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam