Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” –yoxsa hələ finişə çatmayıb?

Qanunsuz tikintilərlə “şöhrət” yarışı:
Son dövrlərdə “tikinti yarışları”nın şahidi oluruq. Binəqədi, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonları sanki gizli razılaşmaya giriblər: “Kim daha çox qanunsuz tikinti həyata keçirəcək?” Bu bir “dövlətin qanunlarını saya salmama çempionatı”dır və görünən odur ki, Sabunçu rayonu heç kimə uduzmaq fikrində deyil. Rəhbərlik başda olmaqla hər kəs döyüş mövqeyindədir – əlbəttə, qanunsuzluq uğrunda!

Yenixeber.org: Əlində bir tikə torpağı olan vətəndaşın tikintisini belə amansızcasına texnika ilə dağıdan Sabunçu rayon icra hakimiyyəti, maraqlıdır, Qambay Vəzirov, Elşən Mehdiyev küçələrində, eləcə də Ramanı və Zabrat 1 ərazilərində göyə yüksələn divarları niyə görmür? Bəlkə gözlər “filtrli rejim”də işləyir? Yəni yalnız icazəsi olanları seçir və məhv edir, icazəsizlərə isə heyranlıqla baxır?
Üstəlik, Savalan yaşayış massivində artıq 3 həftədir tikintisi davam edən iri iaşə obyektinə nə icra başçısı Adil Vəliyev, nə də müvafiq qurumlar “dur” demirlər. Bəlkə, hörgü səsi səsləndə zəif eşidirlər, bəlkə də oradan gələn pulların səsləri qulağı batırır...
Adil Vəliyev – Sabunçu rayonunun “baş bələdçisi”. Rəsmi bioqrafiyasında "peşəkar dövlət qulluqçusu" yazılsa da, reallıqda tikinti mafiyasının "susqun müşahidəçisi" kimi görünür. Qanunların pozulmasına qarşı susur, amma Vəliyev Paşa Malik oğlunun sənədli tikintisini darmadağın etməyə çox da həvəsli görünür.


Soruşuruq: Qanun nə vaxtdan yalnız sənədi olanlara tətbiq edilir?
Digər tərəfdə isə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dayanıb. Sanki “şəhər necə gəldi salınsın, amma şikayət olmayanda” prinsipini rəhbər tutur. Halbuki onun vəzifəsi “planlı tikinti, qanuni infrastruktur” yaratmaqdır. Amma nə görürük? Anar müəllim ətrafındakı xaosu sənədlərlə düzəltmək yerinə, kağız üstə gözəl şəhərlər çəkir. Gözəl planlar, gözəl şəkillər – real həyatda isə qanunsuz daşlar, hər yerdə çirkab inşaat.
Əgər bu tikintilər qanunidirsə – niyə ictimaiyyətə açıqlama verilmir?

Yox əgər qeyri-qanunidirsə – niyə qarşısı alınmır?

Adil Vəliyev və Anar Quliyev, əgər siz bu rayona və ölkəyə xidmət edirsinizsə – bəs niyə vətəndaşın “qanuni tikinti hüququ”na buldozer sürürsünüz, qanunsuza isə xalça döşəyirsiniz?
Bir daha bildiririk: Biz tənqid etdiyimiz qədər dinləməyi də bacarırıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Mövzuya qayıdacağıq. Çünki Sabunçuda daş danışır, amma aidiyyəti qurumların rəhbərləri susur...(doğruxeber.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam