Ötən gün redaksiyamızın elektron poçtuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş verənlərlə bağlı maraqlı məlumat daxil olub.
Yenixeber.org: Məktubda AHİK-də bir sıra qəribə hadisələrdən bəhs olunur.
Qeyd edilir ki, AHİK “putyovka” məsələsi ilə bağlı yüzminlərlə manat xərcləyin sistem yaratsa da, işləmir. Bildirilir ki, həmin sistem üzərindən yay aylarında sanatoriyalarda dincəlmək üçün müraciət edilsə də, ya məsələ qəsədən uzadılır, ya da 10-15 gün sonra imtina cavabı gəlir. “Məqsəd yay dövründə vaxtı uzadıb, insanların mənəvi haqqı olan yollayışlardan məhrum etməkdir”.
Amma mənbə problemin təkcə “putyovka” ilə bitmədiyini iddia edir. Orada qeyd edilir ki, AHİK İdman Təşkilatları Assosiasiyası son zamanlar aktiv paylaşımlar eddir. “Məlum olub ki, bu təşkilat Sahib Məmmədovun müşaviri, əvvəllər mediada adı müxtəlif qalmqallarda hallanan Nigar Vahabzadənin belə desək əsarəti altındadır”.
Məktubda qeyd edilir ki, bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimizin uğurunu öz adlarına yazmaq istəyirlər. “Bu yarışda Səid Paşayev Avropa çempionu adını qazanaraq, ölkəmiz üçün böyük nəticə əldə edib. İndi qalır məsələnin saxtakarlıq üzü. Hal hazırda Səid Paşayev “Neftçi” İdman Klubunu təmsil edərək beynəlxalq yarışa qatılıb. Lakin AHİK-in İdman Təşkilatları Assosiasiyası saxtakarlıq edərək, idmançını öz adına çıxmağa çalışır. Assosiasiyanın sədri Tural Qasımov Səid Paşayevin məşqçisi Şəmilov Ruslana təzyiq edərək idmançını öz adlarına yazdırmağa çalışır. Assosiasiyasının sədr müavini, Sahib Məmmədovun yaxın qohumu, dostu Fikrət Hacıyev də Səid Paşayevin valideyninə, məşqçisinə hədə-qorxu gələrək, bu uğuru öz adlarına yazdırmağa cəhd edir”.
Orada vurğulanır ki, AHİK-in əsas fəaliyyəti üzvlərin sanator müalicəsini təmin etməkdir. “Yoxsa yığılan vəsaitləri dağıtmaq üçün yeni yolların axtarışıdır?”(tribunainfo.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.