Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ağstafada şəhərin mərkəzində "Yaşıl Terror": Ekologiya və Təbii sərvətlər Nazirliyinin idarəsi hara baxır -FOTOLAR+VİDEO

Ağstafada şəhərin mərkəzində

Ağstafa şəhərinin mərkəzi küçəsində ağacların kəsilməsi ekoloji narahatlıq yaradıb.

Yenixeber.org: Ərazidə iki cavan ağac kəsilib və həmin sahədə obyekt tikintisinə başlanılacaq. Məlumatlara görə, yaxın vaxtlarda daha iki ağacın da kəsilməsi planlaşdırılır.

Bu hal yerli ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanıb. Ağacların bu şəkildə məhv edilməsi sakinlər tərəfindən “yaşıl terror” kimi qiymətləndirilir. Onlar hesab edirlər ki, şəhər mühitinin və ekosistemin qorunması üçün belə hallara qarşı sərt tədbirlər görülməlidir.

İnanılır ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu qanunsuzluqla bağlı operativ tədbir görəcək, ağacların kəsilməsinə səbəb olanlar cəzalandırılacaq və həmin ərazidə yaşıllaşdırma bərpa olunacaq.

Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.(32gun.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam