Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ekoloji terror hələ də davam edir:Nazir bunlara seyirçidir - VİDEO // FOTO

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO


Hər gün sosial media və sosial şəbəkələrdə ölkəmizdə yaşıllıq ağaclarının "soyqırımı"ndan bəhs edilir. Ümumiyyətlə ekologiyamızın sürətlə təhlükəyə doğru getdiyi barəsində redaksiya olaraq da mütəmadi məlumatlar dərc edib, yayımlayırıq.

Yenixeber.org: Yeri gəlmişkən, bir neçə dəfə qanunsuz ağac kəsimləri və digər ekoloji pozuntular barəsində məlumatları dərc etmədən öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) elektron ünvanına rəsmi məlumat göndərmişik. Lakin, təəssüflər olsun ki, verdiyimiz məlumatlardan yalnız biri - Binəqədi rayonu ərazisində - Tibbi Ekspertiza və Reabilitasiya mərkəzinin həyətindəki ağacların kəsilməsinə reaksiya verildi. O da natamam. Yəni, nəticələri barəsində nə bizə, nə də ictimaiyyətə heç bir məlumat verilməyib.

Qalan nə Samux rayonunda məhv edilmiş meşə zolağı,

Meşə əraziləri mənimsənilir - NAZİR HARA BAXIR ?!



nə Oğuz rayonunda kömür hazırlanan meşələr,

Nazirliyin təbiətə bəd nəzəri

nə Cəlilabad rayon Göytəpə qəsəbəsi, Qurtuluş küçəsində yerləşən istirahət parkındakı məhv edilən çoxillik yaşıllıq ağacları,

İnzibati binanın önündə cinayət xarakterli əməl



nə Yasamal rayon Tiblisi prospekti, "İST" petrolun yanındakı, konstruksiyalarla ərsəyə gəlmiş və 16-dan yuxarı çoxillik yaşıllıq ağaclarını əhatə edən, onların inkişafını məhdudlaşdıran restoran barəsində hələ də heç bir tədbir görülməyib.



Cənub meşələrinin də artıq tamamilə məhv edilməkdə olduğu barəsində sosial mediada hər gün məlumatlar paylaşılır. Nəhayət ki, heçolmasa bu məlumatlara reaksiya gəldi. Belə ki, ötən həftə yayımlanan məlumatlara görə, hətta "Bandotdel" (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) əməliyyat keçirib və meşələrə qənim kəsilən rayon sakinlərini həbs ediblər.

"Bandotel"dən ƏMƏLİYYAT - 8 nəfər saxlanıldı

Məlumatlarda yer alan fotoşəkillər və videogörüntülərdən də aydın görünür ki, adamlar əməlli-başlı ağac biznesi qurublarmış. Təbii ki, bu da gizli-gizli baş tutacaq bir iş deyil. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə sözügedən ərazidə ağacların kəsilməsinə məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri özləri şərait yaradır. Amma, nədənsə, həmişə aidiyyatı qurumların bəzi məəsul şəxslərinin "ödənişli icazə"ləri ilə baş tutan qanun pozuntuları aşkar edildikdə, cəzalanan "ödəniş" alan deyil, ödəniş verən tərəflər olur. Təbii ki, qanun pozuntusu edən hər kəs - kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Amma, təkcə qanunu pozan deyil, qanunu pozanlara şərait yaradanlar da cəzalandırılmalıdır ki, bu kimi halların davam etməsinin qarşısı alınsın.

Bəzən də səlahiyyətli şəxslər qanun pozularkən, xəbərdar olmasalar da, xəbərdar olduqda hansısa, maraqlar xatirinə həmin qanun pozan tərəfin tərəfini tuturlar. Buna Daşkəsən rayon Çanaqçı kəndində bələdiyyə sədrinə məxsus olduğu deyilən balıq göllərində aparılan araşdırmalarda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə regional idarəsinin əməkdaşlarını misal çəkə bilərik. Hansı ki, onlar da o zaman düzgün araşdırma aparmır, üstəlik israrla bələdiyyə sədrinin mövqeyini müdafiə edirdilər.

Yeri gəlmişkən, elə həmin əməliyyat keçirilən ərazi üzrə - yəni meşələrinin məhv edildiyi deyilən ərazi üzrə 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəsində Facebook sosial şəbəkəsi üzərindən belə bir məlumata rast gəldik:

""Hirkan" Milli Parkındakı, "ekoloji terror" gizlədilir

Bir qrup cinayətkar dəstə cənub zonasında əlbir olub meşələri talan etməklə məşğuldurlar. "Hirkan" Milli Parkının direktoru Aqil Sucayev Milli Parkda "yaşıl soyqırım" törədir.
Aqil müəllimin cinayətlərinə göz yuman və onları ört-basdır edən 1 saylı Regional Ekologiya TSİ-nin rəisi Şakir Quluyevdir.
"Hirkan" Milli Parkında olan ağacların kütləvi kəsilib, işlik material kimi Masallıdakı sexlərə daşınması, oradakı Milli Parkın torpaqlarının (ərazinin) ev yeri (həyətyanı torpaq sahəsi) kimi sakinlərə satılması və s. barədə xəbər portallarımızda kifayət qədər məlumat vermişdik.
Amma, çox təəssüflər olsun ki, bununla bağlı aidiyyatı orqanlar tərəfindən hər hansı bir addım atılmamışdır. Əksinə olaraq, oradakı cinayətlər yerli ekologiya işçiləri tərəfindən gizlədilir.

Milli Parkın müxtəlif dolaylarında adları "Qırmızı Kitab"a düşmüş və digər ağaclar kütləvi "soyqırım"a məruz qalaraq, kəsilib işlik material kimi satılır.

Bir neçə gün öncə Dövlət Ekoloji Təhlükısizlik Xidməti və 1 saylı Regiinal ETSİ-nin rəisi Şakir Quliyevlə əlaqə saxlayaraq, bildirdik ki, redaksiyamıza Milli Parkda olan qırıntılar, torpaq zəbtəri və s. barədə etibarlı mənbəmizdən kifayət qədər məlumat (videoçəkilişlər, fotoşəkillər və s) daxil olmuşdur. Biz sözügedən məlumatları xəbər portallarımızda yayımlamırıq. İstəyirik cənub zonasında olan xüsusi müxbirimizin və sizin əməkdaşların iştirakı ilə (əlimizdəki qırıntılar olan yerlərin nöqtələri olmaqla) Milli Parkda olan qırıntıları aşkar edib çəkək. O, isə bizə bildirdi ki, sizinlə getmək lazım deyil. Mən özüm şəxsən yaxın günlərdə qırıntılar olan dolayları yoxlatdıracam və sizə də bu barədə qısa zaman ərzində məlumat verəcəm. Artıq, o vaxtdan bəri 10 gündən çox vaxt keçməyinə baxmayaraq, arada bir şey yoxdur. Milli Parkın dolaylarında olan qırıntılar cinayət xarakterlidir. Şakir Quliyev isə qabaqlayıcı tədbir görüb həmin cinayətləri (qırıntıları) gizlədib, xırda bir cərimə və inzıbatı xəta ilə yola vermək istəyir və həmin kəsilən qırıntıları saxta yolla damğalatdırmaq istəyir .
Şakir Quliyevlə əvvəlcədən danışılıb Milli Parkda gedəcəyik və sonra Şakir buna razı olmadı. Burdan açıq-aşkar görünür ki, Şakir oradakı cinayətlərin üstünün açılmasını istəmir və hər bir vəchlə çalışır ki, onları ört-basdır eləsin.

Milli Parkda olan adı Qırmızı kitaba düşmüş "Budaqlı danaya" bitkisi kütləvi olaraq, oranın direktoru Aqil Sucayevlə Şakir Quliyevin şəxsi biznesinə çevrilib.
10 gün öncə cənub zonasında olan zaman Milli Parkda kəsilib daşınan "Budaqlı danaya" bitkisi barədə öncədən xəbərdar olduğumuz üçün, Şakir Quliyevə məlumat verdik və onlar bizim vasitəmizlə həmin "Budaqlı danaya"nı Milli Parkdan kəsilib daşınan zaman tuta bildilər. Amma, çox təəssüflər olsun artıq 10 gündür ki, tutulan həmin "Budaqlı danaya"nı Lənkəran Regional MTM-nin həyətində boşaldıblar və o vaxtdan orada durur. Şakir müəllim isə tutulan danaya ilə bağlı hər hansı bir tədbir görmür və bizə bu barədə heç bir məlumat da vermir.

Necə olur ki, bizim Milli Parkda olan kütləvi qırıntılar barədə xəbərimiz olur, amma Şakir Quliyev və Milli Parkın direktoru Aqil Sucayevin isə xəbəri olmur?!
Əgər olmursa, deməli bunların işlərindən xəbəri yoxdur (yəni işlərinin başında deyillər) və ərazilərində hansı proseslərin getdiyini bilmirlər?!

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.

P.S. "Hirkan danaya" və "Hirkan Bigəvəri" məhz Milli Parkı bu və başqa bitkilərin mühafizəsindən ötrü yaradılıb."


"Azerinfo.az" Facebook səhifəsində yayımlanan bu məlumatlar, əməliyyat keçirilən və vətəndaşların saxlanıldığı cənub bölgəsində yaşanır. Burdan da belə aydın olur ki, "Azerinfo.az"ın da iddia etdiyi kimi zərər görmüş "Hirkan" Milli parkının direktoru Aqil Sucayev, 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev və digər bu cür səlahiyyət sahibləri ekologiya üzərindən öz bizneslərini qurub, qazanc əldə edirlər. İş son nöqtəyə gələndə isə 3-5 manat "çörəkpulu" xatirinə əmrə tabe olan sadə vətəndaşları güdaza verirlər.

Düşünürük ki, hüquq-mühafizə orqanları bu barədə dərin araşdırma aparıb, əsl cinayətkarlar barəsində lazımi tədbirlər görəcəkdir.

Biz hüquqi dövlətdə yaşayırıq !

QEYD: Diqqətinizə çatdırırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, Daşkəsən rayon Çanaqçı kəndində, çayın məcrasında tikilmiş villa barəsində dəfələrlə müraciət edib, məlumatlar dərc etdikdən sonra, nəhayət ki, ötən həftə bizə cavab məktubu göndərilib.

Əgər, buna cavab demək olarsa...

Ötən İlin sentyabr ayının əvvəlindən bəri ardıcıl olaraq, verilən suallarımıza, bu ilin fevral ayında, yəni ETSN-nin 6 aydan sonra verdiyi cavabda bildirilir ki, "çayın məcrasında tikilən həmin malikanə Çanaqçı kəndi deyil, Qaraqollar kənd bələdiyyəsinin inzibati ərazisinə aiddir və Şahkərəm kənd sakini Məmmədov Behbud Səyyad oğluna məxsusdur. Təqribən 10-15 il əvvəl alqı-satqı yolu ilə Vahid adlı şəxsdən alınıb". Lakin, sözügedən tikintinin hansı sənədlər əsasında və necə baş tutduğu barəsində rəsmi sənədlərə söykənən heç bir məlumat isə hələ də yoxdur. Halbuki, çayın məcrasında hər hansı bir tikintinin inşasının qanuni olmadığını ETSN-nin bir neçə səlahiyyətli nümayəndələri özləri də təsdiq etmişdilər. Bu tikinti isə qanuna zidd olaraq çayın məcrasında tikilib, üstəlik digər qanun pozuntusu lə çayın axını istiqaməti süni yollarla dəyişdirilib. Hansı ki, bunu təqdim etdiyimiz görüntülərdən də aydın görmək mümkündür. Lakin ETSN-nin səlahiyyətli şəxsləri nədənsə, israrla gözümüzün gördüklərini bizə dansıtmağa çalışırlar ki, "çayın axını dəyişdirilməyib".

Əlqərəz...

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO



Bu fotolar Bakının Nərimanov rayonunda, Qafur Rəşad küçəsində çəkilib. Gördüyünüz kimi tikinti obyektinin ərazisində olan ağaclar mərhələli şəkildə məhv edilməkdədir. Əlbəttə ki, şəhərin mərkəzində bu mənzərəni görən yeganə insan biz deyilik. Təbii ki, bunu bizdən başqa ən azından ərazi üzrə İcra nümayəndəsi, sahə müvəkkili, ərazi üzrə Ekologiya və Təbii Sərvətlər idarəsi əməkdaşlarının görmüş olduğu mütləqdir. Amma, bəlli ki, hansısa bizə "naməlum" səbəblərdən, onların arasında bu duruma mane olmaq istəyən biri yoxdur.

Yeri gəlmişkən Qafur Rəşad küçəsindəki sözügedən tikinti obyekti hələ yaşıllıq ağaclarının "qətlinə fərman vermək"lə işə start götürərkən, biz bu barədə "həyəcan təbilini vurmuşduq". Lakin, aidiyyatı qurum o zaman da buna məhəl qoymadı, indi də...



QEYD: Növbəti yayımlarımızda bu və buna bənzər digər bir neçə qanun pozuntuları barəsində ətraflı məlumatlar dərc edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam