Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sürət qatarları komfortdan çıxır, texniki nasazlıqlar isə artır-ADY-dən ŞİKAYƏTLƏR

Gürcüstana qatar səfərləri barədə hələ də rəsmi mövqe yoxdur: Deputat “açılacaq” deyir, Dəmir Yolları rəsmisi isə “bilmirəm”...

Son günlər sosial mediada və ictimai platformalarda Azərbaycan Dəmir Yolları QSC (ADY) ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.

Yenixeber.org: Son 1 həftədə ADY-nin sərnişin daşımaları ilə bağlı müxtəlif şikayətlər qeydə alınıb. Bu şikayətlər həm texniki nasazlıqlar, həm də xidmət keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.

            Sürətli qatarda kondisioner qalmaqalı

14 iyun tarixində Bakı-Gəncə-Bakı sürətli qatarında səyahət edən sərnişinlər sosial şəbəkələrdə vaqonlarda kondisionerlərin işləmədiyini bildiriblər. Görüntülərdə sərnişinlərin tər içində, havasız şəraitdə qaldığı, bəzi vaqonlarda isə nəfəs almağın belə çətin olduğu əks olunub.
Şikayətçilərdən biri yazır:“3 saatlıq yolda nəfəs almaq mümkün deyil. Bilet pulunu alırsınız, amma minimum şərait belə yoxdur.”

            Qatarda işıq sönüb – sərnişinlər telefon işığında səyahət edib

15 iyun tarixində yayılan başqa bir videoda isə Bakı-Gəncə marşrutunda bir vaqonda işıqların sönməsi nəticəsində sərnişinlərin 40 dəqiqəyə yaxın qaranlıqda səyahət etdiyi bildirilib. Sərnişinlər bu vəziyyəti telefonlarının fənərləri ilə kompensasiya etdiklərini qeyd ediblər. “Sürətli qatar yox, qorxulu film idi”, – deyə sərnişin ironik şərh yazıb.

                  Qatar gecikmələri: 10 dəqiqə yoxsa 70?

Həmin həftə ərzində, xüsusilə 13 və 16 iyun tarixlərində Gəncə-Bakı reysinin 40-70 dəqiqə arası gecikməsi barədə çoxsaylı şikayətlər paylaşılıb. Bəzi sərnişinlər ADY-nin mobil tətbiqində gecikmənin yalnız 10 dəqiqə kimi göstərildiyini, amma real gecikmənin 1 saata yaxın olduğunu bildiriblər.

                   Vağzal xidmətlərindən narazılıq

Gəncə və Biləcəri stansiyalarında sərnişinlər sual veriləcək heç bir məsul şəxsin olmamasından, qatar gələndə elanların verilməməsindən  terminalda mühafizəçilərin kobud davranışından şikayətləniblər. Bir istifadəçi yazır:“Biləcəri stansiyasında informasiyanı qatar gələndə yox, o keçəndən sonra verirlər.”

                     “Satılıb” kimi görünən bilet sistemində şübhəli hallar

Bayramqabağı günlərdə bəzi istifadəçilər ADY-nin onlayn bilet satış sistemində biletlərin əvvəlcədən “satılıb” kimi göstərildiyini, lakin stansiyadan eyni reyslərə bilet ala bildiklərini bildiriblər. Bu isə ictimaiyyətdə bilet sistemində süni məhdudiyyətlər yaradıldığı və biletlərin sonradan digər yollarla satıldığı şübhəsini yaradıb. ADY bu məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd edilən bütün hallar son 7 gün ərzində sosial mediada geniş müzakirə olunub, lakin Azərbaycan Dəmir Yolları QSC tərəfindən nə media açıqlaması, nə də ictimai cavab verilib.

Qarşı tərəfin mövqeyi olarsa yazı yenilənəcək.(azpost.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam