Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nəsimi rayonunda tikinti özbaşınalığı - Böyük hasar arxasında nə iş görürlər? -FOTO

Heç göydələn inşa ediləndə tikinti meydançası bu hündürlükdə hasara alınmır. Elə bil məxfi obyekt tikilir.
Yenixeber.org: Bu fotonu yollayan oxucular Nəsimi rayon icra hakimiyyətinden izahat tələb edir və soruşurlar ki, orda hasar arxasında hansı qanunsuzluq baş verir ki, gizlədirlər...
Qeyd edək ki, “Moskva” univermağının qarşısındakı ərazi son 20-30 ildə onsuz da yüklənib, həm obyektlərlə, həm də avtomobillərlə... Bu hasara alınan yer isə tam yaşıllıq idi və orada açıq hava altında “Şəki” kafesi yerləşirdi.
Görünür, hasara alınan yaşıllıq sahədə artıq daşdan-betondan tikilən obyekt fəaliyyət göstərəcək, səyyar və ya yüngül konstruksiyalı yox. Deyilənə görə, hündür hasar məhz ağacları gizli kəsmək üçün quraşdırılıb (ağacların artıq kəsildiyini deyənlər də var).
İndi Bakıda tikinti meydançalarında hasarlama işləri həm ölçüsünə, həm də dizaynına görə standart şəkildə aparılır. “Şəki” kafesinin ərazisində elementar hasarlama işlərində standartlara əməl edilmirsə, başqa hansı normalara əməl edilib-edilməyəcəyindən danışmaq olar.(buxeber.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam