Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

"TƏBİB stomatoloji müəssisələrə 1200 və 1800 manatlıq "plan" qoyub" -MÜRACİƏT

TƏBİB-in Aparat rəhbəri işdən çıxarılıb, vəzifə ləğv edilib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən stomatoloji müəssisələrin üzərinə 1200 və 1800 manatlıq "plan" qoyulub". 
Yenixeber.org: Bu barədə stomatoloq Tural Mirəzyev Prezident Adminstrasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığı müraciətdə qeyd edib.
Tural Mirəzyev yazır ki, 1200 və 1800 manatlıq "plan" tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur: 
"Bu planlar əsassız və qeyri-etik tələblərlə həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib. Bu sistem, yalnız vicdanla çalışan həkimlərin deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə də mənfi təsir göstərir".
Stomatoloq qeyd edir ki, bu qərarların fonunda heç bir tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protezləşmə ilə məşğul olan şəxslərə qarşı heç bir cəza tədbiri görülmür: 
"Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Bu, sadəcə bir haqsızlıq deyil – bu, səhiyyənin gələcəyinə qarşı bir təhlükədir. Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxır, aşağıdakı tələblərlə rəsmi qurumlara və cəmiyyətə müraciət edirik:
* TƏBİB-in tətbiq etdiyi 1200 və 1800 manatlıq plan tələbləri dərhal ləğv olunsun.
* Stomatoloji fəaliyyəti yalnız müvafiq diplom və icazəsi olan şəxslər tərəfindən həyata keçirilməli, digərlərinə qarşı hüquqi tədbirlər görülməlidir.
* Təhsilli və peşəkar həkimlərin işdən uzaqlaşdırılması və ya təzyiqə məruz qalması dayandırılsın.
* Həkimlərin əməyinə, peşəkarlığına və insan sağlamlığına verdiyi töhfəyə hörmətlə yanaşılsın.
Biz bu məsələnin yalnız stomatoloqların deyil, bütün cəmiyyətin sağlamlığı ilə bağlı olduğunu düşünür və bütün aidiyyəti qurumları məsuliyyətli və ədalətli qərarlar verməyə çağırırıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam