Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...

Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" -
Dünən (3 may,saat 13.00 radələrində) Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bacımın yaşadığı binaya( Zaur Şərifov küçəsi,ev 2,, blok 6, 5-ci mərtəbə mənzil 60) Suraxanı rayon icra hakimiyyətinin göstərişi (MİS işçilərinin dediyinə görə) ilə 137-saylı MİS işçiləri tərəfindən "hücum"olub. Sakinlərə xəbərdarlıq olunmadan, heç bir izah edilmədən, binanın üstündə yerləşmiş su çənlərindən evlərə gələn su xətləri kəsilmiş, sakinlərin şəxsi malı olan dəmir su çənləri MİS işçiləri tərəfindən "özəlləşdirilib" , sabah binanın üstündən düşürülməsi üçün hazırlıq görülmüşdür. Çəndən evə gələn su xətlərinin kəsilməsi nəticəsində su birbaşa 5-ci mərtəbədə yaşayan bacımın mənzilinə axmış, mənzilə ciddi ziyan dəymişdir. Belə ki, su otaqlara dolmuş,divarlar islandığı üçün divar kağızları qopmuş, mebellər islanmışdır.Mənzili yenidən normal hala salmaq üçün ısə ciddi vəsait tələb olunur.Bacım və onun həyat yoldaş isə təqaüdçüdürlər. Təqaüdçü üçün isə bu böyük məbləğdir.Onu da qeyd edim ki, həmin binaya su vaxtlı vaxtında verilmir, sakinlər bununla əlaqədar çox çətinlik çəkirlər.
Sual
İndi sizcə lift olmayan binada yaşayan , sağlamlığında problemi olan ,təqaüdçü, bacım ,5-ci mərtəbəyə əllə suyu necə daşıyacaq?
Sonda
İçməli su ilə,vaxtlı vaxtında təmin olunmadığı üçün,öz vəsaiti hesabına su çəni alan,quraşdıran ,içindəki su da onun ailəsinə mənsub olan,bunun üçün vəsait ödəyən ,bacımın günahı nə?
Bacıma və başqa sakinlərə ziyan vurmağa sizə kim haq verib və məqsəd nə idi.?
Sakinlərə məxsus bahalı çənləri qeyri qanuni söküb aparmaq oğurluq deyilmi???
Yenixeber.org: Yuxarıda qeyd olunan faktları Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. Mirvari xanım daha sonra bütün bunların sadəcə bir qanunsuzluq olduğunu və buna görədə sakinlərə müraciət edərək yazıb:
"Qeyd olunanlarla əlaqədar sakinlər məhkəməyə müraciət etməli, onlara dəymiş ziyanın qərar verən qurum(şəxs) və MİS tərəfindən ödənilməsinə nail olmalıdır."

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam