Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Yasamalda hündürlüyü icazə həddini 3,2 metr aşan qeyri-yaşayış obyekti inşa olunur-VİDEO

Yasamalın başçısı səki satır-FOTO
Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 169 v ünvanında yerləşən, tikilməkdə olan 3 mərtəbəli qeyri-yaşayış binasının sifarişçisi Kərimov Tural Fərman oğlu, podratçısı “Nigar – 2003” MMC-dir. Layihəçisi “Vedişiraz Holdinq” MMC olan binanın tikintisinə 24.11.2022-ci il tarixdə icazə verildiyi göstərilir.
Yenixeber.org: Ötən ilin noyabr ayından başlanılan tikinti işlərinin tam iki il çəkəcəyi və gələn ilin noyabrında başa çatdırılması nəzərdə tutulub. Ərazidə qurulmuş, göstəricilər əks olunan məlumat lövhəsində altı zirzəmi olacaq obyektin uzunluğunun 21, eninin 13,8, hündürlüyünün 15,2 metr olacağı göstərilib.
Əldə etdiyimiz məlumata görə, sözügedən obyektin 12 metrdən hündür olan 3-cü mərtəbəsi əslində qeyri-qanuni inşa olunur və bu artırmaya görə icazə alınmayıb. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir. Bu naqisliyi Yasamal Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tkintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də görməmələri qeyri-mümkün. Çünki adları çəkilən qurumların funksionerlərinin gözündən heç nə yayına bilməz. Onlar özləri rastlaşmasalar belə, ərazidə fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı işçiləri onları xəbərdar edirlər. Deməli, bilərəkdən göz yumurlar. Adətən, məmurların belə özünü korluğa vurmaları isə təmənnasız olmur.

Redaksiya olaraq, müvafiq qurumların aşkarladıöımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.(nyus.az)
Mövzuya qayıdacağıq.
Nisa ŞİRVANLI



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam