Plastik cərrah Elçin Zodanov: Qadınların çılpaq görüntəlrin paylaşır… Pasiyentlərin hüquqlarını niyə pozulur?
Yenixeber.org: Cəmiyyətimizin qarşısında yeni bir təhlükə: estetik cərrah Elçin Zodanovun qanunsuz əməlləri ictimai qınağa səbəb olub.
Son zamanlar plastik-estetik cərrah kimi fəaliyyət göstərən Elçin Zodanov barəsində çoxsaylı şikayətlər və ağır ittihamlar səsləndirilir. Onun fəaliyyəti təkcə tibbi səhlənkarlıqla deyil, həm də insan hüquqlarının kobud pozulması, şəxsi həyatın toxunulmazlığına qarşı açıq hücum və tibbdə qüsurlu halları ilə müşayiət olunur.
Elçin Zodanov əməliyyat etdiyi qadınların razılığı olmadan onların çılpaq görüntülərini çəkir və bu fotoları özünün və əlaqəli olduğu sosial media hesablarında paylaşır. Bu addım Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi həyatın toxunulmazlığı) ilə cinayət məsuliyyəti daşıyır.
Qanunvericiliyə görə, şəxsin razılığı olmadan onun şəkil və ya video görüntüsünün çəkilməsi, paylaşılması və ictimailəşdirilməsi ciddi hüquqi nəticələr doğurur və azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Qeyd edək ki, Əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Azərbaycanda 42 nəfərin plastik cərrah kimi fəaliyyət göstərməsinə icazə verilib. Ancaq sosial şəbəkələrdə hələ də bəzi həkimlərin fəaliyyətlərinə davam etmələri ilə bağlı xəbərlər yayılıb.
Əldə olunan məlumatlara əsasən, ötən zamanlarda Elçin Zodanovun keçirdiyi əməliyyatlar zamanı bir neçə pasiyentin ölüm faktı qeydə alınıb. Bu hadisələrin səbəbləri gizlədilib, rəsmi sənədlərdə isə “təbii ölüm” kimi qeyd edilib.
Plastik cərrahların etik kodeksinə görə, pasiyentlərin bədəninə aid görüntülərin razılıq olmadan paylaşılması qəti şəkildə qadağandır və belə hallar həkimin lisenziyasının ləğv olunmasına səbəb olmalıdır. Elçin Zodanovun fəaliyyəti bu baxımdan da açıq şəkildə tibbi peşə etikasına ziddir.
Onun sosial şəbəkə hesablarında qadınların çılpaq görüntülərindən istifadə etməsi cəmiyyətə əxlaqsızlıq təbliğ edir və bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi (İctimai əxlaq normalarının pozulması) ilə inzibati və cinayət məsuliyyəti doğura bilər.
İctimaiyyət nümayəndələri belə hallara son verilməsini tələb edirlər. Məsələ ilə bağlı Elçin Zodanov bildirib ki, mən ümümi cərraham və işimi davam etdirirəm,paylaşımlara gəldikdə isə onu köməkçim edir və əməliyyat etdiyim qadınların əksəri xarici vətəndaşdır deyə qeyd bildirb.(xalq.az)
Etik qaydalara görə Elçin Zodanovun sosial hesabında paylaşdığı fotoları üzərini bağlayıb təqdim edirik: