Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI -İDDİA

Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI - İDDİA
Redaksiyamıza Mustafayeva Rəna Süleyman qızı adlı şəxsin Qazax Rayon Mərkəzi Xəstəxanasına işə düzələrkən təhsili haqda yanlış məlumat verməsi barədə məlumat daxil oldu.
Yenixeber.org: Məlumat daxil olan kimi, araşdırmalara başladıq. Apardığımız araşdırmadan məlum oldu ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında baş tibb bacısı kimi fəaliyyət göstərən, Mustafayeva Rəna Süleyman qızı adlı şəxsin diplomu "saxtadır".
Rəna Mustafayeva 2004-dən 2014-cü ilə qədər Qazax RMX-nın Doğum Şöbəsində xadimə kimi, 2014-cü ildən hal-hazıra qədər baş tibb bacısı kimi çalışır. O, 2005-ci ildə Odlar Yurdu Universitetinin Qazax filialından (işlədiyi müddətdə) diplom alıb. Rəna Mustafayeva işlədiyi müddətdə necə diplom aldı? Bu sualla bağlı araşdırmamızda ortaya çıxdı ki, R.Mustafayeva 2023-cü ildə Gəncə tibb kollecində 24 günlük mama kursu keçib və 24 günlük kursda aldığı sertifikat əsasında doğum şöbəsində Baş Tibb bacısı necə təyin edilib.
Mənbənin iddiasına görə R.Mustafayevanın Odlar Yurdunun Qazax filialından aldığı diplom o zamanlar Təhsil Nazirliyində çalışan Samir Vəliyev vasitəsi ilə tanıtdırılıb.
Hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi? Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna bilər. Bəhs etdiyimiz proses isə Qazax Rayon Mərkəzi Xəstəxanasın kadrlar məsələsindən məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşən tərəfindən idarə olunub...(aztoday.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam