Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

BİZİM TƏQVİM: Aprelin 23-də baş vermiş tarixi hadisələr

 

23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər.

Yenixeber.org: 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi. 

Bəs aprelin 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 23 aprel 1827-ci ildə Rusiyanın Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi, səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində düşmən bir neçə dəfə həmlə etdi, lakin hər dəfə canlı qüvvə və silah itirərək məğlub oldu. Ən böyük həmlə mayın 8-də baş verdi. O, qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur oldu. Lakin rus qoşunu sayının azlığı ucbatından (8600 adam) İrəvanda müvəffəqiyyət qazana bilmədiyindən, rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı və qoşununu Naxçıvan üzərinə yeritdi.

2. 23 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bütün ərazisini işğal etmək 490 saylı direktivə əlavə olaraq, XI orduya son vəzifə kimi tapşırıldı.

3. 1920-ci ilin bu günündə Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü elan edilib. Bayram Türkiyə Böyük Millət Məclisinin 1920-ci il aprelin 23-də keçirilmiş ilk iclasından sonra ənənəvi olaraq qeyd edilməyə başlanıb. Vaxtilə “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Mustafa Kamal Atatürk bu bayrama müstəsna əhəmiyyət verib. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb.

4. 23 aprel 1933-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Şurası MTS və sovxozlarda müstəqil və səyyar kitabxanaların yaradılması haqqında xüsusi qərar qəbul etdi.

5. 23 aprel 1992-ci ildə elmi və elmi pedaqoji kadrlar hazırlanması işini nizama salmaq üçün Azərbaycan Ali Attestasiya Komissiyası (1994-cü ildən Azərbaycan Prezidenti yanında Azərbaycan Ali Attestasiya Komissiyası) təşkil edildi. Bu komissiya Ali Attestasiyalar Komissiyaları Beynəlxalq Assosiasiyasına üzv qəbul edildi. Respublikanın elm və təhsil müəssisələrində 140-a yaxın ixtisas üzrə hər il 70-dək doktorluq və namizədlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Şura fəaliyyət göstərirdi. Bakı ilə yanaşı Naxçıvan, Gəncə, Lənkəran kimi şəhərlərin ali təhsil müəssisələrində də belə şuralar yaradılırdı.

6. 23 aprel 1994-cü ildə Ağdam rayonunun Nəmirli, Şotlanlı, Umudlu, Şurabad kəndləri Ermənistan ordusu tərəfindən işğal olundu.

7. 23 aprel 1996-cı ildə Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.

8. 23 aprel 2002-ci ildə Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının ilk sammiti işə başlayıb. Türkmənistan, Azərbaycan, Qazaxıstan, İran və Rusiya prezidentlərinin görüşündə Xəzərin hüquqi statusunun hazırlanması geniş müzakirə edilsə də, işçi qrupu tərəfindən hazırlanan yekun Bəyannamə layihəsi dövlət başçıları tərəfindən bitkin sayılmadığından imzalanmayıb.

 

9. 23 aprel 2007-ci ildə Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib. Hesabatın ilkin variantındakı "erməni qüvvələri Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal altında saxlayır" ifadəsi sonradan ermənilərin səyi ilə dəyişdirilmişdi. Azərbaycanın etirazından sonra Dövlət Departamenti sənəddə əvvəlki mətni bərpa etdi və ikitərəfli münasibətlər normal məcraya düşdü.

 

10. 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

11. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramıdır. Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış günü daha sonra Milli Suverenlik və Uşaq Bayramı olaraq qeyd olunmağa başladı. Bu gün Səltənətin ləğv edilərək Milli Suverenliyin bir millət kimi istifadə edilməsi və Qurtuluş müharibəsində atası şəhid olan uşaqların sevinci üçün düşünülən uşaq bayramının birləşməsilə yaranıb.

12. 23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi. 

13. 23 aprel 2002-ci ildə Miniatür Kitab Muzeyi açılıb. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb.

23 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. 23 aprel 1865-ci ildə görkəmli hərbi xadim, artilleriyanın “Allahı” hesab edilən Əliağa Şıxlinski anadan olub(1865-1943). O, Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini olub. Ə.Şıxlinski Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilib. Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir. O, 1942-ci ildə “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. Şıxlinski bədii yaradıcılıqla da məşğul olub, hərbi-puplisistik yazılar yazıb.2.  23 aprel 1902-ci ildə İsland yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı və ümumdünya sülh şurası ədəbiyyat mükafatı laureatı Halldor Kilyan Laksnessin doğum günü (1902-1998). "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin 17 yaşı olub. O, "Müqəddəs dağın ətəyində", "Kəşmirli böyük toхucu", "Salka Valka", "İmkanlı adamlar", "Dünyanın işığı", "İsland zəngi" və digər əsərlərin müəllifidir.

3. 23 aprel 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri, prezident təqaüdçüsü Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938-2008) ürək çatımazlığından vəfat edib.(Bizim.Media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam