Xalqı qumar faciəsinə sürükləyirlər - Əhalinin sosial vəiyyəti ağırlaşdıqca, daha tez və asan gəlir əldə etməyə çalışır. Ümidləri hər yerdən üzülən insanlar adətən ya falçıya, ya qumara, ya da cinayətə meyillənir. Bu bütün zamanlarda qəbul edilmiş toplum psixologiyasıdır.
Yenixeber.org: Gəlirlərin az olduğu, işsizlik, sosial qayğılar insanları əlacsız hala gətirir. Və adətən də fırıldaqçılar bu vəziyyətdən məharətlə istifadə edirlər. Məsələn son zamanlar insa nların bank kartlarından daha çox şirnnikləndirici gəlirlər vəd edərək pullar oğurlanır. Səbəbi də qeyd etdiyimiz səbəb - ümidsizlik və ağır sosial durum.
İnsanların çətin anlarında onların ümidləri ilə qumar oynayan və bunu bütün ölkə boyu hər yerdə, hətta ərzaq dükanlarında da rahatlıqla həyata keçirirlər. Azərlotoreya indi Paytaxtda və regionlarda ərzaq dükanlarında da satılır. Şəhərdə küçə ticarəti ləğv edilib. Lakin Azərlotoreya hər tində bir, yox bir neçə loto satış nöqtəsi qura bilib.
Gəlin bir açıq sual düşünək - kənddə öz bostanında 5 kiloqram pomidor yetişdirən bir kəndli hansı metronun qarşısında o məhsulunu sata bilər?
Halal zəhməti ilə əkib becərdiyi 5 dəstə göyərtini hansı kəndli küçədə sata bilər?
Sata bilməz. Çünki küçə ticarəti qadağandır. Sata bilməz, o zaman rəqabət yaranar, ucuzluq olar. Kəndlinin məhsulu tarlada qalıb zay olmaz. Nəticədə kəndlərdə məşğulluq artar. Nəticədə insanlar daha rahat şəkildə və ucuz meyvə-tərəvəz alarlar. Bu kimin xeyrinədir? Əlbəttə ki, sadə, kasıb, zəhmətkeş insanların. Lakin buna qadağa var. Azərlotoreya isə bu qadağadan AZADDIR. Orta məktəblərin önündə, Universitetlərin qarşısında, metro çıxışlrında, hətta daha çox kasıbların üz tutduğu OBA marketlərin kassalarında da satılır Pozqazan lotoreyaları...
Bəli məhz kasıblar alış veriş-etdiyi dükanların kassasında. Kassada onların son ümidlərini də əllərindən alırlar. İndi bir sual da açıq ifadə edək - o dükanlara gələn azyaşlılar, yetkinlik yaşına çatmayanların gözünün önündə qumar oyunu təbliğ etmək nə qədər doğrudur?
Həm də bilirsiniz harda, tam kassanın qarşısında uşaqlar üçün şokalad, saqqız, kiçik qablaşdırmada olan şirniyyatların tam yanında...
Görəsən buna kim icazə verib? Bunu kimsə dayandıracaq, ləğv edəcəkmi? Bəlkə biz yanılırıq... Bəlkə...