Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İcra məmuru Vadim Əliyev qanunları saya salmırsa…-ƏDLİYYƏ NAZİRİNƏ ŞİKAYƏT OLUNDU

Şikayətçi Şahverənov Namik Natik oğlu Abşeron rayon icra  probasiya şöbəsindən ədliyyə naziri Fərid Əhmədova şikayət yazdı

Yenixeber.org:Bakı şəhəri sakini Şahverənov Namik Natik oğlu Abşeron rayon icra  probasiya şöbəsinin Icra məmurunun qanunsuz hərəkətlərindən  ya hərəkətsizliyindən Azərbaycanın ədliyyə naziri FIərid Əhmədova şikayət məktubu ünvanlayıb.

 Surəti  redaksiyamıza ünvanlı şikayətdə deyilir:

“-Çox hörmətli cənab nazir! Bildirirəm ki, mənŞahverənov Namik Natik oğlu, məhkəmə qətnaməsi ilə təsbit edilmiş hüquqlarımın icrasının icra məmurunun qanunsuz hərəkəti və hərəkətsizliyi səbəbindən uzun müddətdir təmin olunmur. İcra məmuru Vadim Əliyev hər dəfə bir bəhanə uydurur, qanuni məhkəmə qərarının icrasına imkan vermir.

Bildirirəm ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 22.08.2017-ci il tarixli qətnaməsi ilə övladımla ünsiyyət haqqım tanınmışdır. Abşeron Rayon Məhkəməsinin 08.01.2024 tarixlie-2(012)-95/2024 saylı qətnaməsi bu hüququ bir daha təsdiqləmiş  övladımla görüş müddətləri dəqiq müəyyən edilmişdir. Lakin borclu tərəf davamlı olaraq məhkəmə qətnaməsinin icrasına mane olmuş, icra məmuru Vadim Əliyev isə qanunun tələblərinə zidd olaraq bu qanunsuzluğa göz yummuşdur. Hətta dəfələrlə şahidiyəm ki, icra məmuru qəsdən bu problemə şərait yaradır. Bunun üçün Vadim Əliyev bir neçə dəfə mənə bildirib ki, qətnaməyə əlavə izahat tələb olunur. Lakin bu süni bəhanə  Abşeron Rayon Məhkəməsinin 07.05.2024- il tarixli  Sumqayıt Apellyasiya Məhkəməsinin 27.06.2024- il tarixli qərardadları ilə təkzib edilib, birinci instansiya məhkəməsinin məlum qətnaməsinin icrası ilə bağlı əlavə izaha ehtiyac olmadığını açıq şəkildə təsdiqləmişdir.

Beləliklə, İcra məmuru Vadim Əliyev borclunun diqtəsi ilə  məqsədli şəkildə qətnamənin icraedilməsinə qəsdən mane olmaqla, əksinə, borcluya qarşı da heç bir inzibati tədbir görməmiş, indiyədək bir dəfə  olsun məcburi icra mexanizmlərini tətbiq etməmişdir.

Cənab nazir!

Onu da qeyd edim ki, 14 oktyabr 2024- il tarixdə icra məmurunun hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmənin 28.11.2024- il tarixli, 8(012)-514/2024 saylıqətnaməsi ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Məhkəmə qərarında birdaha uşağımın mənə öyrəşməsi üçün psixoloji yardım göstərilməsinə şərait yaradılmalı olduğu bildirilsə , icra məmuru Vadim Əliyev bu müddəanı qərəzli şəkildə yerinə yetirməmiş, öz təşəbbüsü ilə Ümidli Gələcək ictimai birliyinə müraciət etmiş, lakin iki ay sonra məlum olmuşdur ki, bu təşkilatda psixoloq yoxdur. Mən tanıdığım ixtisaslı psixoloqun yardım göstərə biləcəyini bildirsəm , icra məmuru bu təklifimi  əsasız olaraq  qəsdən rədd etmişdir. Hesab edirəm ki, İcra məmurunun bu addımları qətnamənin icrasına mane olmaq məqsədi güdür  borclu tərəfin mənafeyinə uyğun hərəkət etdiyini göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarlarının icrası məcburidir. Eləcə  İcra haqqında Qanunun 12.1, 82.1, 82.3, 26- maddələrinə əsasən, icra məmuru məhkəmə qətnaməsinin icrasını təmin etməli  borclunun icranı pozması halında onu qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb etməlidir. «İcra məmurları haqqında Qanunun 11-ci maddəsinə əsasən, icra məmurları öz hərəkət  hərəkətsizliklərinə görəməsuliyyət daşıyırlar.

Cənab nazir, Sizdən xahiş edirəm, Abşeron Rayon İcra  Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin qanunsuz hərəkətləri  hərəkətsizliyi araşdırılsın  barəsində qanuni tədbirlər görülsün. Qətnamənin icrasını süni şəkildə uzadan  qanunsuz şəkildə borclunun mənafeyinə xidmət edən icra məmurunun barəsində intizam tədbiri görülsün. Eləcə  məhkəmə qətnaməsinin icrası üçün icra məmuru borclunun məcburi icra tədbirləri ilə üzləşməsini təmin etsin  qanunun bütün mexanizmlərini işə salsın.

Hörmətlə:

Şahverənov Namik Natik oğlu”.

REDAKSİYADAN: şikayətçi Şahverənov Namik Natik oğlunun redaksiyaya təqdim etdiyi məhkəmə aktları  digər sənədlər tərəfimizdən araşdırıldı  icra məmurunun qanunsuz hərəkətləri  hərəkətsizliyi bir daha redaksiyanın Araşdırma Qrupu tərəfindən  təsdiqləndi. İnanırıq ki, bu problem tezliklə qanuni həllini tapacaq.

«Təzadlar”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam