Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

 Tofiq Bəhramov adına Respublika stadionunda BİABIRÇI VƏZİYYƏT -Zibillik, kəsilmiş, qurudulmuş ağaclar və qanunsuz park yeri/VİDEO


Tofiq Bəhramov adına Respublika Stadionunda biabırçı mənzərə: Tullantılar, nizamsızlıq və avtoparkinq problemi 
Yenixeber.org: Tofiq Bəhramov adına Respublika Stadionunda müşahidə edilən vəziyyət narahatlıq doğurur.

Görünür ki, stadionun daxili və ətrafında təmizlik işlərinə lazımi diqqət yetirilmir. Ərazidə yığılıb qalmış zibillər, atılmış plastik və sellofan tullantılar təbiətə ciddi zərər verməklə yanaşı, stadionun ümumi görüntüsünü də korlayır.

Təmizlik problemi və ekoloji təhlükə

Stadion ətrafında uzun müddətdir təmizlənməyən tullantılar təpə halında yığılıb. Bu tullantıların tərkibində təbiət üçün təhlükəli olan sellofan və plastiklər üstünlük təşkil edir.

Sektor girişlərində avtoparkinq, çəpərləmə və "stayanşik"lər

Stadionun bir neçə sektor girişinin avtomobillər üçün parkinq zonası kimi istifadəsi piyadaların hərəkətinə maneə törədir. Bununla yanaşı, bəzi avtomobillər üçün xüsusi çəpərləmə sistemindən istifadə edildiyi və bu yerlərdə "stayanşik"lərin də mövcud olduğu müşahidə olunub. Bu vəziyyət stadion ərazisində nəqliyyatın və insanların hərəkətini daha da çətinləşdirir.

İdarəetmə və infrastruktur çatışmazlıqları

Stadion ərazisində çəpərlərin məqsədyönlü istifadə edilməməsi, ərazinin nizamsızlığı ilə birlikdə daha geniş idarəetmə problemlərini ortaya qoyur. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.

Bir neçə gün öncə stadionun direktoru vəzifəsinə Elnur Nağdəliyev təyin edilib. Yeni rəhbərdən gözləntilər yüksəkdir və problemlərin həlli üçün konkret addımların atılması zəruridir.

Stadionun təmizliyi və nizamlılığı həm ölkəmizin imici, həm də idman azarkeşlərinin rahatlığı baxımından böyük əhəmiyyət kəsb edir. Gözlənilir ki, yeni rəhbərlik bu problemlərə tezliklə həll yolları tapacaq.(32gun.az)

Həmin ərazidən görüntünü təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam