Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sipark İnşaat” 6 ildir evimizi təhvil vermir –ŞİKAYƏT

“Sipark İnşaat” şirkətinin Bakının Təbriz küçəsində inşa etdiyi pilot layihənin tikintisi illərdir yekunlaşmır. Sözügedən binadan mənzil alan sakinlər illərdir kirayələrdə qalmaqdan təngə gəliblər.
Yenixeber.org: Redaksiyamıza yazan sakinlər bildirib ki, artıq 6 ildir kirayədə qalıblar. 6 ildir onlara binanın tezliklə təhvil veriləcəyi deyilsə də, heç bir yenilik yoxdur. Sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də, əvvəlki adı “Evrostoy – S” MMC olan “Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir. Sakinlər bildirib ki, onlar kirayələrə köçürülən zaman bina təhvil verilənə qədər kirayə haqlarının ödəniləcəyi deyilsə də, artıq o da ödənmir. Sakinlər 6 ildir həm evlərindən olublar, həm də əlavə xərcə düşərək aylıq kirayə haqqı ödəyirlər. Problemləri ilə əlaqədar müraciət etmədikləri yer qalmayan sakinlər gözləməkdən bezib. Sakinlər tezliklə şirkətlə bağlı tədbir görülməsini, onları şəxsi mənzilləri ilə təmin edilməsini tələ edir.
Qeyd edək ki, qalmaqallı tikinti şirkəti olan “Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri də ya yarımçıq dayanıb, ya işlər çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır. “Sipark”ın və onun rəhbəri Seymur İsayevin adı da tez-tez müxtəlif qalmaqallarda çəkilir.(tribunainfo.az)
Qarşı tərəfi dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam