Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyətləri -Himayədar Ceyhun Məhərrəmov, dəstə başçısı Məhəmməd Gəncəliyev

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyətləri - Himayədar Ceyhun Məhərrəmov, dəstə başçısı Məhəmməd Gəncəliyev

Yeger Rahim Gəncəliyev brakonyerlik işini oğlu Məhəmməd Gəncəliyevə ötürüb
Ağgöl Milli Parkında brakonyerlik fəaliyyətləri - Himayədar Ceyhun Məhərrəmov, dəstə başçısı Məhəmməd Gəncəliyev

Yenixeber.org: Ağgöl Milli Parkında brakonyerlik fəaliyyəti nəticəsində qanunsuz balıq ovunun olması barədə ölkə mətbuatında mütəmadı məlumatrlar dərc edilib. Ancaq nədənsə qoruqda baş verənlərlə bağlı aidiyyatı qurumlar susqunluq nümayiş etdiriblər. Fim.az-ın əldə etdiyi məlumata görə Ağgöl milli Parkında brakonyerlik fəaliyyəti məşğul olan şəxslər, qoruğun mühafizəsini təşkil edən yegerlərdir. Qoruq rəhbərliyi iləəlbir olan bu yegerlər hər ay Ağgöldən külli miqdarda balıq ovlayaraq Ağcabədi, İmişli,Beyləqan və Zərdab rayonlarında satışı təşkil edirlər.
Fim.az-a daxil olan məlumata görə Ağgöl Milli Parkında brakonyerlik fəaliyyəti ilə məşğul olan ən böyük dəstəyə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyevə rəhbərlik edir. Bir neçə qrupdan ibarət olan dəstə həftədə 2 dəfə növbəli şəkildə Ağgöldə qanunsuz balıq ovu ilə məşğul olurlar. Saytımıza verilən məlumatda iddia edilir ki, Məhəmməd Gəncəliyev və digər brakonyerlik fəaliyyəti ilə məşğul olan dəstələrə himayədarlığı Ağgöl Miilli Parkının direktoru Xəzər Məhərrəmovun qardaşı oğlu Ceyhun Məhərrəmov edir.

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyətləri - Himayədar Ceyhun Məhərrəmov, dəstə başçısı Məhəmməd Gəncəliyev

Bir müddət əmisi Xəzər Məhərrəmovun sürücüsü işləyən Ceyhun Məhərrəmov hazırda brakonyerə himayədarlıq etməklə onların şərikidir. Ceyhun Məhərrəmovun atasınında Şərət gölüdeyilən su hövzəsində yeger fəaliyyəti ilə məşğuldur. Mənbə bildirir ki, brakonyerlik fəaliyyəti ilə məşğul olan yegerlər hər ay Ceyhun Məhərrəmova haqq verirlər. Havanın soyuq olması brakonyerlik fəaliyyəti ilə məşğul olan yegerlərin işlərini zəiflətsədə, onlar mart, aprel və may aylarında Ağgöl qoruğundan kütləvi balıq tutmağa başlayacaqlar. Çünki həmin aylar balıqlar kürü tökmək üçün suyun dayaz hissəsinə çıxırlar.
Ümid edirik Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir əvəzi Rəşad İsmayılov

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyətləri - Himayədar Ceyhun Məhərrəmov, dəstə başçısı Məhəmməd Gəncəliyev

Ağgöl Milli Parkında brakonyerlik fəaliyyəti ilə məşğul olan dəstələrə qarşı mübarizə aparacaq. Hörmətli Rəşad İsmayılovun nəzərinə çatdırırıq ki, Ağgöl Milli Parkının yegerləri Ağcabədi, İmişli və Beyləqan rayonlarında brakonyer kimi tanınırlar. Yəni bu admlar keçmişdə qanunsuz brakonyerlik fəaliyyəti ilə məşğul olublar və daha sonra hansısa vasitələrlə Ağgöl Milli Parkında yeger vəzifəsinə keçiblər.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam