Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

“AAAF Park”da nə baş verir? – Ulu Öndərin postamentini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini necə təhlükəyə atıblar? -  FOTOFAKT

image-1

Vaxtilə “AAAF Park” yaşayış komleksi inşa edilərkən bu kompleksin bəlli bir planı var idi. Var idi ona görə yazırıq ki, artıq bu plandan əsər- əlamət qalmayıb. Ərazi başdan-başa restoran-kafe-dükan şəbəkəsinə çevrilib. Yaşayış komleksində olan bütün binaların ətrafı restoranlarla əhatələnib.

Yenixeber.org: Bir sözlə burada təhlükəsizlik qaydaları kobudcasına pozulub. On minlərlə insanın yaşadığı “AAAF Park” yaşayış komleksində hər hansı bir yanğın hadisəsi olsa, dəhşətli bir mənzərənin şahidi ola bilərik. Çünki işbazlar pul qazanmaq üçün binalar arasında keçidləri tamamilə bağlayaraq burada restoranlar tikiblər. Ciddi təhlükəsizlik problem ilə üz-üzə olan yaşayış kompleksi dövlət qurumları tərəfindən görməzdən gəlinir.

Belə ki, ölkə mediası “AAAF Park”-da qanunsuz tikinti işlərinin aparıldığını yazır. Amma nədənsə dövlət qurumları bu tikinti ilə bağlı susqunluq nümayiş etdirirlər.

Mətbuatın gündəmdə saxladığı bu mövzu daha çox aktuallığını ona görə itirmir ki, ”AAAF Park” yaşayış kompleksinin girişində, bu ölkənin qurucusu, yoxdan bu ölkəni quran Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa ediblər. Bu tikintini iş adamı Vüqar Sədizadə tərəfindən aparıldığı ilə bağlı mütamadi məlumatlar yayılır. Ən maraqlısı odur ki, mətbuat yazsa da iş adamı Vüqar Sədizadə nəinki geri çəkildi, əksinə nümayişkaranə şəkildə bu tikintini başa çatdırdı. Ulu Öndər Heydər Əliyevin postamenti olan lövhə dağıdıldı və postamenti dayanacağa yerləşdirildi. Ulu Öndərin şəkli və dövlət atributlarımız olan sərginin yenidən bərpa edildiyini yazan “AAAF Park” rəhbərliyi nədənsə həmin xəbərdə onun qoyulduğu yeri göstərmək istəmirlər. Çünki özləri də bu sərginin avtomobil dayanacağının içərisinə sürüşdülməsinin mənəvi məsuliyyətini anlayırlar, fəqət tamah buna əməl etməyə imkan vermir.

image-2

Mütamadi olaraq mediamız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan tikintiylə bağlı sorğu ünvanlasa da cavablar eyni oldu.

Adıçəkilən qurumdan mediaya bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş, özbaşına tikinti işlərinin aparıldığı aşkar edilmişdir.

Sorğunun cavabında daha sonra deyilir:” Faktla bağlı akt tərtib edilərək tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət edilmiş və tikinti işləri dayandırılmışdır. Hazırda ərazi aidiyyəti qurumların nəzarəti altındadır, inşaat işləri aparılmır”.

image-3

Amma bu cavabı Ulu Öndər Heydər Əliyevin ruhuna sayğısılıq kimi dəyərləndirmək olar. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu açıqlamanı verərkən həmin ərazidə işlər davam edib və bu gün tam olaraq yekunlaşdırlıb.
Bir kasıbın tikdiyi evi qanunsuz deyib sökənlər, nədənsə Vüqar Sədizadənin apardığı işlərə göz yumurlar və ya “orada inşaat işi aparılmır” deyə ictimaiyyəti yanıldırlar. Halbuki hər gün orada yaşayanlar fərqli mənzərənin şahidi olurlar.

Onu da qeyd edək ki, Abşeron rayonu “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı Abşeron rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Sorğumuza cavab ala bilmədiyimiz üçün onların mövqelərini dərc etmək imkanımız olmadı. Obyektivliyi nəzarə alıb Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mövqelərini də dərc etməyə hazırıq.(ulusal.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam