Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb- FOTOLAR

 

 

İş adamı Emin Hüseynovun rəhbərlik etdiyi “Quseynoff” MMC-nin dövlətə olan borcu artıb. 

Yenixeber.org: xəbər verir ki, şirkətin hazırda 173 594 AZN vergi borcu var.

Bir müddət əvvəl isə bu məbləğ 166 105 AZN idi.

media-vergg

Xəbər verdiyimiz kimi bir müddət öncə AQTA plandankənar yoxlama aparılıb. Yoxlama zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.

Məlumatda həmçinin qeyd olunur ki, laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanıb. “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb.

Prezidentin iqtisadi siyasətində dövlətçilik ön plandadır” - İş adamı Emin  Hüseynov - 32gun.az

Qeyd edək ki, sahibkar kimi fəaliyyət göstərən Emin Hüseynov sosial platformalarının fəal iştirakçısıdır həmçinin filmədə çəkilib. (Pravda.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam