Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Gəlir mənbəyinə çevrilən uşaqlar... –Valideynlər övladlarını niyə pula “qurban” verir?

 

Son vaxtlar müxtəlif kontentlərdə videolar çəkən fenomen azyaşlılar daha da artıb. Adətən, valideynləri tərəfindən videoya çəkilən bu uşaqlar bəzən bir sözü və davranışıyla populyarlaşa bilirlər.

Yenixeber.org: Maraqlıdır ki, bir uşağın tez-tez belə kamera qarşısında davranışlarını reytinq xətrinə seçməyi nə dərəcədə doğrudur?

Psixoloq Nabat Mirzəyeva da uşağın daim kamera qarşısında olmasını doğru hesab etmir. Psixoloq vurğulayır ki, uşaqların kamera önündə olması əvvəlki dövrdə də olub, indi də var.

“Ancaq fərqi budur ki, uşaqlar əvvəl televiziya, səhnə üçün həqiqi kamera önündə olurdular. Çünki onlar televiziya üçün yetişdirilən uşaqlar idi. Bu gün isə bu sadəcə telefon önündə və daha tez-tez olur”.

Nabat Mirzəyeva deyir ki, valideynlərin bir çoxu övladlarını videoya çəkərək baxış sayını artırıb, onları gəlir vasitəsi kimi istifadə edirlər.

“Övladımıza kamera qarşısında necə davranacağını deyib, olduğu kimi deyil, rola girmələrini öyrədirik. Həmin vaxtda uşağın psixologiyasına kiçik yaşından "mən idarə olunum" mənə necə deyilirsə, elə edim" "olduğum kimi yox, istənilən kimi olum" düşüncəsi ötürülür. Valideyn övladına kamera qarşısında nə üçün bu hərəkətləri etdiyini, gələcəkdə bunu etməməli olduğunu deməlidir. Uşaq davranışını kameraya görə seçirsə, vaxtından tez böyümə düşüncəsinə qapılır. Buna görə də uşaq kimi yox, böyük kimi davranır”.

Müsahibimiz sonda daim kamera önündə olmağın uşağın psixologiyasına necə təsir etdiyindən də danışıb.

“Uşaq çəkildiyi videolara görə dostlarının qınaq obyektinə çevrilə bilər. Onlar o videoları məzəyə sala bilərlər. Yəni, ümumi olaraq kamera qarşısında çəkilişin uşaqlara ziyanı çoxdur. Ola bilər ki, uşaq incəsənət, mədəniyyət sahəsində inkişafı və öz gələcəyi üçün çəkiliş edir. Amma bir də var ki, evin gündəlik halıyla bağlı fraqma olaraq çəkilir. Bu hərəkətlər nə qədər maraqlı görünsə də, uşağın gələcəyinə, ətrafına və ən əsası psixologiyasına ciddi zərər vurur”.(Bizim.Media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam