Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" -ÖZBAŞINALIQ!

Nəsimi rayonu 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İqrar Sadıqovun fəaliyyətindən sakinlər narazılıq edir.

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna məktub göndərən sakinlər İqrar Sadıqovun əraziyə baxmadığını, yaşayış binalarının həyətində şlanqbaum qoyaraq vəziyyəti daha da qəlizləşdirdiklərini yazırlar.
Mənzil Kommunal İstismar Sahəsinin rəisinin fəaliyyətindən narazılıq edən sakinlər deyirlər ki, uzun müddətdir ölkənin müxtəlif qurumlarına yazdıqları şikayət ərizələrinə baxılmır. Onlar bunun səbəbini İqrar Sadıqovun yuxarı instansiyalarda yaxınlarının olması ilə əlaqələndirirlər:
"Bakı şəhərinin mərkəzində olan Süleyman Rüstəm küçəsi, ev 33 ünvanında acınacaqlı durum hökm sürür. Sanki bu məhəllə 2025-ci ildə yox, 1995-ci illərdədir. Dəfələrlə aidiyyatı qurumlara məktub ünvanlamışıq. Lakin heç bir əməli addım atılmır. Həmişə məktubumuza formal cavab verilir. Həyətimizdə bir dənə də olsun skamya yoxdur. Binaların pilləkanları dağılır. Çox dəhşətli bir vəziyyətdir"-deyə, sakinlər qeyd edir.
Narazı sakinlər 52 saylı Mənzil Kommunal İstismar Sahəsində adi arayışın da onlara pul ilə verildiyini bildirir:
""JEK"ə hansısa arayış almağa gedəndə pul istəyirlər. İqrar Sadıqov 600-700 manat maaş alsa da işə 60-70 minlik "Land Cruiser"lə gəlib-gedir. Sual edən yoxdur ki, bu avtomobili nə ilə almısan? Biz bilmirik, İqrar Sadıqov "jek" müdiridir, yoxsa biznesmen?".
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.(qlobal.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam