Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Məşhur restoranların sahibi pulumu vermir” -VİDEO

 

“Şikayətim Emin bəydəndir. Emin bəy bir çox restoranlar şəbəkəsinin - “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. sahibidir. Bir ildən çox onlarla əməkdaşlıq etdim və 10 mindən artıq pulum onlarda qaldı. Hissə-hissə həmin məbləği onlardan alsam da 2 min manat vəsaitimi ödəmirlər. Bağbanlıq, gül satmaq və digər xidmət sahələrində fəaliyyət göstərmişəm. Xəstəliklə bağlı müraciət etdim ki, pulumu alım, ancaq pul əvəzinə yalan vədlər verirlər”.

Yenixeber.org xəbər verir ki, bu sözlər Cavad Zeynalov adlı vətəndaşa aiddir. O, APA TV-yə müsahibəsində bildirib ki, sözügedən restoranları işlədən Emin adlı biznesmendən haqqını ala bilmir. C.Zeynalov sözügedən iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini də iddia edib:

“Yeni ildə Vəfa Şərifovanın ad gününə tort göndərir. Mən ondan əlil uşağımın haqqını ala bilmirəm. Mənimlə gedən işçilər də var və onların da maaşı ödənmir. Həmin adamlar məni günahkar bilir və haqlarını məndən tələb edirlər. Əks halda adımı polisə verəcəklərini bildirirlər”.

Emin adlı şəxs isə iddialara cavab olaraq məsələnin araşdırılacağını bildirib. Özünü “Dalğa Beach”-in mətbuat xidmətinin nümayəndəsi kimi təqdim edən Ramal İsayev şikayətçi ilə danışdıqlarını və ödənişi edəcəklərini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam