Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çovdarovla əlbir olan Siyanfər Əliyevinin cinayətləri -restoranlar, villalar, saxta sənəd tərtibatı, torpaq sahələri VƏ NƏLƏR

 

  
Çovdarovla əlbir olan Siyanfər Əliyevinin cinayətləri -  restoranlar, villalar, saxta sənəd tərtibatı, torpaq sahələri VƏ NƏLƏR
Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin qanunsuz əməllərindən bəhs etmişdik. Həmçinin bildirmişdik ki, adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədrinin sabiq MTN generalı Akif Çovdarovla da sıx əlaqələri olub.
Yenixeber.org: Belə ki, Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev zamanında Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib.

MTN genralı Çovdarovun sağ əli kimi tanınan və biznes şərikliyi olan Siyənfər Əliyevin məsuliyyətdən hansı dostlarının sayəsində azad edildiyi müəmma olaraq qalır. Bununla bağlı media üzərindən apardığımız araşdırmalara görə, Çovdarov dəstəsinə xidmət edən Siyənfər Əliyev təhlükədən yayınmaq məqsədi ilə əvvəldən şərik olduğu icra başçısına müraciət edərək onu qorunmasına görə xahiş edib. Masazır qəsəbəsində yerləşən LUGANO adlı restorana icra başçısı ilə şərik fəaliyyətindən irəli gələn münasibət xahişinin yerə salınmamasında böyük rol oynamışdır. Mətbuat üzərində aparılan araşdırmalara görə isə Siyənfər Əliyevin biznesi bununlada bitmək bilmir.
Çovdarovla əlbir olan Siyanfər Əliyevinin cinayətləri -  restoranlar, villalar, saxta sənəd tərtibatı, torpaq sahələri VƏ NƏLƏR
Etibarlı mənbədən əldə etdiyimiz məlumatda isə bələdiyyə sədri Türkiyə, Fransa və Rusiyada olan mülklərinin sayını artıq itirib. Azərbaycanda torpaq almaq vətəndaşlara o qədər baha başa gəlirki illərlə işləyib bir sot torpaq zorla almaq mümkün olur. Amma dövlət qiymətinin reallıqdan qat-qat aşağı olması faktı Siyənfər Əliyev kimilərinin dövlət büdcəsinə vurduğu ziyanın hesabsız olduğunu göstərməkdədir. Masazır bələdiyyəsinin verdiyi hesabatlarda il ərzində neçə milyon mənimsəməsi gizlədilərək şəxsi hesablarına keçirilməsinə xidmət edən karusel yaradılıb. Azərbaycanın bir çox bölgə və şəhərlərində mülk sahibi olmağı qarşısına məqsəd qoyan S.Əliyev hakim dairələri yerli icra hakimiyyətlərini aldatmağa nail ola bilib. Bu azmış kimi özünə yaxın olan şəxsləri imkanlı biznesmenlər kimi cəmiyyətə təqdim etməyidə yaddan çıxarmayıb. Hal-hazırkı kürəkəni Vüsalın heç bir iş sahibi olmaması faktı və bununla yanaşı bir imperator kimi yaşaması ictimaiyyətin gözündən yayınmayıb. Xarici avtomobil və Masazırda 2 mərtəbəli ev sahibi olan kürəkəni hansı qazancla bu mal-mülkün sahibi ola bilib – deyə sual edirik. Qardaşının idarə etdiyi Fermanın əsil sahibi Siyənfər olmasına baxmayaraq fermer kimi qardaşı irəli verilir. Nədənsə S.Əliyevin bir çox biznesi məhz Abşeron ərazisinə təsadüf edir ki, buda Akif Çovdarovla şəriklik dövründə qurduğu imperiyanın qalıqlarıdır.
Çovdarovla əlbir olan Siyanfər Əliyevinin cinayətləri -  restoranlar, villalar, saxta sənəd tərtibatı, torpaq sahələri VƏ NƏLƏR
Akif Çovdarovla, Siyanfər Əliyev Masazırdakı gizli görüş məkanı

Redaksiyamıza etibarlı mənbələrdən bildirilib ki, S.Əliyev tək Masazırda deyil həmçinin Xırdalan şəhəri, Yasamal rayonu, Nəsimi və Nərimanov ərazilərində mülklərinin mövcud olması ilə bağlı fotolarda təqdim edilib. Mediada yer alan ən ilginc məlumat isə Siyənfərin oğlunun məhz ona necə qardaş sayılmasıdır ki, bunlarda sənətlərlə təsdiqini tapır. Bundan əlavə Akif Çovdarovdan kürəkənin xəbəri olmadan zəng edərək onun Nəqliyyat nazirliyinə işə düzəldilməsini xahiş etməsidə məhz A.Çovdarov və S.Əliyevin sıcaq münasibətindən xəbər verməkdədir.

Siyənfər və Emin, Akif Çovdarova necə xidmət etməli olub…?
Çovdarovla əlbir olan Siyanfər Əliyevinin cinayətləri -  restoranlar, villalar, saxta sənəd tərtibatı, torpaq sahələri VƏ NƏLƏR

Kürəkənin verdiyi bilgilərə görə isə MTN ləğvindən sonra onun işə qəbul edilməsinin keçmiş qaynatasının A.Çovdarova xahişi nəticəsində olduğunu işdən azad edildikdən sonra xəbər tutub. Ləğv edilmiş Nəqliyyat nazirliyinin nəzdində İri qabaritli ağır çəkili yüklərə nəzarət idarəsində işləyən Rüfət Hüseynov Keçmiş genralın tapşırığı ilə işə götürülməsinə baxmayaraq bələdiyyə sədrinin göstərişi ilə işdən azad edilib. Bütün bunlardanda məlum olur ki, həmin idarədə məhz Çovdarov xofunun hökümranlığını Siyənfər Əliyev miraz olaraq idarə etməkdədir. Kimlərin işliyib işləməməsinə bələdiyyə sədri diqqtəsi kifayət etməkdədir.

Axundov Emin Müzəffər oğlu (Saray postunda DYP əməkdaşı vəzifəsində çalışır. Bundan əvvəl isə Qaradağ postunda işləyib.) əslində kimdir. Emin əslində Siyənfər Əliyevin doğma oğludur. Amma nədənsə sənətlərdə Emin Əliyev Siyənfər oğlu deyil, Emin Axundov Müzəffər oğlu olaraq qeyd edilib. Sənətlərin nə üçün dəyişik yazılması ilə maraqlananda isə ata və oğulun hər ikisi Müzəffər oğlu olması diqqət çəkdi. Belə çıxır ki, Emin Siyənfərlə ata oğul yox qardaş sayılırlar. Məsələ sənətlər üzərində edilən dəyişikdəndə ötəyə getmişdir ki, Emin Axundovun dövlət quluğunda olduğu halda cinayət törədərək hadisə yerini tərk etmiş və onun cinayətini dayısı Raqif üzərinə götürmüşdür-deyə mənbə bildirir.(cumhuriyyet.az) 
Çovdarovla əlbir olan Siyanfər Əliyevinin cinayətləri -  restoranlar, villalar, saxta sənəd tərtibatı, torpaq sahələri VƏ NƏLƏR
Qeyd edək ki, cinayət tərkibi olan bir hadisənin istintaqını yayındıraraq cinayət motivini gizlədilməsinə nail olmaq üçün məhz Akif Çovdarovun köməkliyindən istifadə edilmişdir. Bu ittiham dövlət qurumları tərəfindən araşdırılması üçün tərəfimizdən DİN-nə yazılı olaraq müraciət ediləcəkdir ki, həmin dövrdə cinayətin törədilməsi ilə bağlı yenidən araşdırılma qaldırılsın. Bunu narazı bir qrup yerli sakinlərdə tələb edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam