Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Vəfa Cəlilova da saxta diplomla işləyir? -İDDİA - AÇIQLAMA

bitmap-img6

Məşhur dermatoloq Vəfa Cəlilova jurnalist Qənirə Ataşovanın saxta həkim siyahısına düşənlərdən biri olub.
Yenixeber.org: Məlumata görə, jurnalist iddia edir ki, kosmetoloq Vəfa Heidelberg universitetini bitirməyib. O qeyd edir ki əgər bitiribsə diplom hanı? 
Jurnalist onu da bildirir ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq sahəsi ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində Cəlilova Vəfa İnqilab qızı qeydə alınmayıb.
"Yəni, bu adda hər hansı bir şəxs haqqında heç bir məlumat mövcud deyil. Bu o deməkdir ki, əgər sizin Almaniyanın Heidelberg Universitetindən diplomunuzun varsa, həmin diplomu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təsdiq üçün verməli idiz".
Jurnalist qeyd edib ki, məsələ ilə bağlı sözügedən universitetə rəsmi məktub göndərib.
İddiaya cavab olaraq Dr. Vəfa xanım bildirib ki, o, lisenziyalı klinika sahibi və yüksək vergi ödəyicisidir. 
Həkim həmçinin bu iddianı şantaj adlandıraraq nüfuzuna xələl gətirmək istəyən insanların oynadığı oyun olduğunu deyib:
"Biz rəsmi qurumların müraciətinə cavab verməyə, sənəd və sübutlarımızla birgə hər zaman hazırıq" - deyə əlavə edib.(milli.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam