Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Azərbaycanda tanınmış həkim saxta diplomlu imiş -Belə Belə İşlər

       Azərbaycanda tanınmış həkim saxta diplomlu imiş - Belə Belə İşlər
"Əziz saxta sertifikatlı plastik cərrahlar, siz çox mən tək. Özünüz yetməzmiş kimi, ölkə nərdivan altı “öyrətdiyiniz” qeyri-peşəkarlarla da doludur. Təbii ki, bu sözlər hamınıza aid deyil, lakin bəzilərinizin fəaliyyətləri artıq ictimaiyyət üçün aydındır. Bu dəfə isə endokrinoloq sonra nevroloq, daha sonra isə özünü plastik rekonstruktiv cərrah elan edən və Səhiyyə Nazirliyindən bu barədə sertifikat alan Sevinc Heydərovadan danışacağam".
Yenixeber.org: Bu sözləri ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb.
Q.Ataşova Sevinc Heydərovanın ixtisası üzrə saxta diplom aldığını qeyd edib:
"Sevinc xanım özünü plastik cərrah etmək üçün Səhiyyə Nazirliyinə həm də belə bir sənəd təqdim etmişdi. Sənədə əsasən, o, guya 6 ay müddətində estetik plastik və rekonstruktiv cərrahiyyə, yağ alma (liposaksiya), inyeksiya texnikaları, anti-aging müalicələr və stromal vaskular fraksiya tətbiqləri üzrə təhsil aldığını iddia edib. Səhiyyə Nazirliyi ona plastik cərrah sertifikatını həm də bu sənədə əsasən verib. Amma bu gün mən Prof. Dr. Məhməd Bozkurtla danışdım. Əslində, doktor bu məsələni çoxdan mənə çatdırmışdı və bildirmişdi ki, onun Sevinc Heydərovanın təhsilində heç bir rolu olmayıb. Professor Sevinc xanımın nazirliyə təqdim etdiyi sənədin saxta olduğunu dedi. Bu gün isə Dr. Məhməd Bozkurtun səsli mesajını sizə təqdim edirəm ki, həqiqəti öz qulaqlarınızla eşidəsiniz. Dr. Bozkurt, geniş akademik və praktiki təcrübəsi ilə plastik cərrahiyyə sahəsində həm Türkiyədə, həm də beynəlxalq səviyyədə nüfuz sahibi olan mütəxəssislərdəndir. İkinci Qarabağ müharibəsində yaralanan əsgərlərimizin estetik rekonstruktiv (bərpa)cərrahiyyə işlərində yaxından iştirak edib. Amma görürük ki, bizim bəzi həkimlərimiz hətta nüfuzlu doktorların adına belə ləkə gətirməkdən çəkinmirlər. Səhiyyə nazirliyinə, Azərbaycanın xalq artisti, Şərəf ordenli canlı əfsanə Flora Kərimovaya, bizə, insanlarımıza hörmət etmədiyiniz bəllidir, heç olmasa, başqa peşəkarların əməyinə hörmət edin".
Məsələ ilə bağlı Dr.Sevinc Heydərovanın da fikirlərini dərc etməyə hazırıq.(sitat.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam