Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar -FOTO

       Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
Paytaxtda sahibkarların qanunazidd əməlləri o qədər çoxdur ki, vətəndaşlar bu gün artıq bu hərəkətlərin qaydalara uyğun olduğunu düşünür.
Yenixeber.org: Məlumata görə, Bakının Nəsimi rayonunda sahibkarın özbaşınalığı ərazidən istifadə edən vətəndaşların narazılığına səbəb olub.
Belə ki, rayonun 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində yerləşən “Zəfər” adlı market səkini su soyuducularının podiumuna çevirib. Obyektin küçədə yaratdığı vəziyyətin fotoları sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. Fotoya rəy bildirən şəxslər deyir ki, şəhərin əksər parklarında, küçə və prospektlərində marketlərin, ticarət köşlərinin soyuducularla belə səki zəbtlərini görmək mümkündür. Əsasən dayanacaqlara yaxın ərazilərə yerləşdirilən belə obyektlər soyuducuları səkiyə elə düzür ki, dayanacağa yaxınlaşmaq üçün vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə irəliləməli olurlar. Bu cür vəziyyət “Memar Əcəmi” metro stansiyası həndəvərində daha çox yayılıb.

Rəylərdə bildirilir ki, Hüseynbala Əliyev küçəsindəki “Zəfər” market isə öz loqosuna ölkə başçısının “dəmir yumruq” işarəsini əlavə dərrək vergidən yayınmağa da çalışır.(avtosfer.az)

Vətəndaşlar aidiyyəti qurumların belə qanunsuzluqların qarşısını tezliklə alınmasını xahiş edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam