Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ADY sədri jurnalistlərə rüşvət paylayıb? –İDDİALARA REAKSİYA

ADY sədri jurnalistlərə rüşvət paylayıb? – İDDİALARA REAKSİYA

23 oktyabr 2024-cü il tarixində “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib.

Yenixeber.org: Yerli saytlar yazır ki, tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunub. Qeyd edib ki, dəmir yolu dayanıqlığının birinci və  ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir.

Tədbirin sonunda ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb. 

“Ən maraqlısı isə budur ki, tədbirin sonunda ADY-ə yaxın olan bir qrup jurnalistə ADY sədri Rövşən Rüstəmov adından 300 manat məbləğində xüsusi alış-veriş kuponları paylanılıb. 300 manatlıq kuponlar jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova tərəfindən paylanılıb. Jurnalistlərədən xahiş olunub ki, bu barədə kimsəyə bir söz deməsinlər. Həmçinin, mətbuatda ADY ilə bağlı yazılan tənqidlərə aktiv şəkildə cavab versinlər.  

Ümid edirik ki, MEDİA Agentliyi, o cümlədən digər əlaqədar qurumlar tədbir zamanı jurnalistlərə “heç nədən” 300 manatlıq alış-veriş kuponu paylanılmasına aydınlıq gətirəcək, işin hüquqi tərəflərini araşdıracaq, lazımi şəxslər məsuliyyətə cəlb olunacaq”, - deyə vurğulanır.

Məsələ ilə bağlı jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova ilə əlaqə saxladıq. O, qeyd olunan iddiaları təkzib edib: “ADY tərəfindən bir qrup şəxsə 300 manatlıq kuponların paylanması barədə Tribunainfo.az saytında dərc edilmiş xəbəri təkzib edirik.

Məqalədə 23 oktyabr tarixində “Dayanıqlılıq hesabatı”nın təqdimatı zamanı bir qrup şəxsə alış-veriş kuponlarının verilməsinin gizli saxlanılmasının və həmin şəxslərdən şirkətlə bağlı tənqidlərə aktiv şəkildə cavab verilməsinin istənilməsi barədə yer almış iddiaların heç bir əsası yoxdur.

ADY-nin reputasiyasını bilərəkdən zədələmək məqsədi güdən bu cür məlumatlar tamamilə qərəzli və böhtan xarakterlidir.

Tribunainfo.az ilk mənbə olaraq bu xəbəri paylaşmışdı və tez bir zamanda da sildilər”.(Hurriyyet.az)

Jalə FAMİLQIZI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam