Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Rövşən Rüstəmovun sədri olduğu ADY-də nə baş verir? - Gah məhkəmələr, gah lüks hədiyə gündəmi... -İndi isə vergi borcu

         Rövşən Rüstəmovun sədri olduğu "Azərbaycan Dəmir Yolları"nda nə baş verir?

Gah məhkəmələr, gah tərkibindəki Müəssisəsinin vergi borcu və digər QALMAQALLAR...

Yenixeber.org: Yerli mətbuatda gedən məlumatlara görə,  bir neçə dəfə məhkəməlik olub. 

Belə ki, bu ilin setyabr ayında "Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Oil Supply" MMC edib. Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr idi. 

Hətta bundan öncə iyul ayında "Azərbaycan Dəmir Yolları” QSC  gömrük  qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta üzrə məhkəməyə verilmişdi. QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol irəli sürülmüşdü. Və  bunun kimi  bir  ​​​​​​neçə məsələ...

Əldə etdiyimiz məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin dövlətə 14 min manatlıq (13815.44 AZn) vergi borcu olması  üzə çıxıb. 

Bildirək ki, sözügedən Müəssisəsinin rəisi “Tərəqqi” medallı Abbasov Fədai Sabir oğludur. 

Bu ilin iyun ayında Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov üç xanım əməkdaşına avtomobil hədiyyə etməsi ilə gündəmə gəlmişdi. Belə ki, iddi edilir ki, Rövşən Rüstəmovun tapşırığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində üç xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya "Toyota Corolla" markalı avtomobil verilib. Saytın əməkdaşları məlumatı dəqiqləşdirmək üçün Rövşən Rüstəmovun müşaviri Aysel Soltanova ilə əlaqə yaradıb. Xanım müşavir ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xidməti avtomobil verildiyini deyibmiş. 

Sonradan QSC məlumayı yalanlamışdı.(32gün.az)

Ayxan 

Rövşən Rüstəmovun sədri olduğu ADY-də nə baş verir?- Gah məhkəmələr, gah lüks hədiyə gündəmi... + İndi isə vergi borcu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam