Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Xırdalanda təmiri 2 il əvvəl başa çatan yol yenə təmir olunacaq – 1,5 milyon ayrıldı


Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara görə, Abşeron rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Proqress İnşaat EN” MMC (VÖEN – 2007110451) olub.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün ““Proqress İnşaat EN” MMC -yə 1 milyon 478 min 634 manat 87 qəpik ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Xırdalan şəhərində təmir olunması nəzərdə tutulan küçələrədən bəziləri cəmi 2 il əvvəl təmir olunub.
Məsələn, tender müsabiqəsində göstərilir ki, Xırdalan şəhərində M.Ə.Rəsulzadə küçəsində təmir işləri həyata keçiriləcək.
Xatırladaq ki, cəmi 2 il əvvəl – 2022-ci ilin sentyabr ayında rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində dərc olunan xəbərdə adı keçən küçədə təmir işlərinin sona çatdığı göstərilib.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam