Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Adil Vəliyev növbəti “yığım kampaniyası”na başlayıb -ÖZBAŞINALIQ

Sabunçunun icra başçısından şikayət var – Müraciət
“Sabunçuda Azərbaycan tarixində misli bərabəri olmayan biabırçılıq yaşanmaqdadır. Belə ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bir neçə aydır ki, yeni “yığım kampaniyası”na başlayıb”.
Yenixeber.org: Bu sözlər Sabunçu sakini Nazim Əliyevin redaksiyamızın elektron poçtuna göndərdiyi yazıdandır.
O bildirib ki, rayon ərazisindəki bütün torpaqları son qarışına kimi sataraq 100 milyonlarla vəsait əldə edən Adil Vəliyev, bugünlərdə vətəndaşların əmlakına kütləvi şəkildə əl qoymağa başlayıb. “Belə ki, həyət evlərində məskunlaşan, habelə torpaq üzərində yardımçı təəsrrüfatı, obyekti, qarajı olan şəxslərdən bu torpaq və obyektlərin sənədini tələb edən icra hakimiyyəti, sovet dönəmindən qalan sənədləri tanımadığını bildirib. Ələkbər adlı məmur-qoçunu yeni yığım kampaniyasına rəhbər təyin edən Adil Vəliyev, bəyan edib ki, artıq SSRİ mövcud olmadığı üçün sovet dövründə verilən bütün mülkiyyət şəhadətnamələri öz hüquqi əhəmiyyətini itirib. Buna görə də icra hakimiyyətinin həmin obyektləri qanunsuz tikili kimi sökmək, torpaq sahələrini isə müsadirə etmək hüququ mövcuddur”.
Nazim Əliyev bildirir ki, İcra Hakimiyyəti tərəfindən irəli sürülən bu absurd iddia vətəndaşların ciddi etirazına səbəb olub. “Xüsusilə də, obyekti sökülən vətəndaşlar bunu xüsusi mülkiyyətə, eləcə də mülkiyyət azadlığına qarşı qəsd kimi dəyərləndirib. Vətəndaşlar qeyd edir, icra hakimiyyəti əlində sovet dönəminə məxsus mülkiyyət sənədi olan şəxslərə bildirir ki, söküntü və müsadirə prosesinin qarşısını almağın yalnız bir yolu var. Bu yol da vətəndaşın həmin ərazi və ya obyekt üçün icra hakimiyyətinə pul ödəməsindən keçir. Başqa sözlə desək, Sabunçu Rayon İcra Hakimiyyəti vətəndaşı sahibi olduğu torpaq və obyekti yenidən almağa məcbur edir ki, bu da vətəndaşın mülkiyyət hüququna təcavüzdən başqa bir şey deyil. Vətəndaşlar bütün əlaqədar qurum və yetkililəri Adil Vəliyevin qanunsuz əməllərinin qarşısını almağa çağırır və ümid edirlər ki, gec də olsa Sabunçu Rayon İcra Hakimiyyətinin biabırçılığının qarşısını almaq üçün əməli addımlar atılacaq”.
Yenixeber.org olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam