Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Alimləri təəccübləndirən kəşf -Xərçəng hüceyrələrini öldürən bakteriya tapıldı

     Yeni bir araşdırma baş və boyun xərçəngləri ilə bağlı insanların ümidini artırıb.

Yenixeber.org: Məlumata görə, ağız və diş əti xəstəlikləri ilə əlaqəli bir bakteriyanın xərçəng hüceyrələrinin 99 faizini məhv etdiyi məlum olub.

Böyük Britaniyada “Guy’s” və “St Thomas” xəstəxanaları və “King's College London”un alimləri tərəfindən aparılan araşdırma, modelləşdirmə yolu ilə hansı bakteriyaların daha çox araşdırmaya dəyər olduğunu müəyyən etmək məqsədi daşıyırdı.

Aparılan araşdırma zamanı “Fusobacterium” hüceyrəsi xərçəng hüceyrələri olan qaba yerləşdirilib.

Yerləşdirildikdən və bir neçə gün saxlanıldıqdan sonra xərçəng hüceyrələrinin demək olar ki, tamamilə yox olduğu müşahidə edilib.

Bundan əlavə, baş və boyun xərçəngi olan 155 xəstənin şiş məlumatları təhlil edilib. “Fusobacterium” bakteriyası olan xəstələrin sağ qalma şansının daha yüksək olduğu müəyyən edilib.

Bu bakteriyaların baş və boyun xərçənglərində ölüm riskini 65 faiz azaltdığı aşkarlanıb.

Hazırda bakteriyanın necə istifadə olunacağı ilə bağlı araşdırmalar aparılır.//Lent.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam